Nida Təhlil
Bakı və Vaşinqton strateji tərəfdaşlığı rəsmiləşdirdi - STX-nin şifrələri
Prezident İlham Əliyev və Ceyms Devid Vensin imzaladığı Strateji Tərəfdaşlıq Xartiyası (STX) ABŞ-Azərbaycan münasibətlərinin strateji mərhələyə keçidini rəsmiləşdirdi. Sənəddə əks olunan detallar da bunu təsdiq edir.
“Regional Bağlantılar, o cümlədən Enerji, Ticarət və Tranzit” başlıqlı birinci bölmədə üç məqam xüsusilə əhəmiyyətlidir.
1. Azərbaycanın Naxçıvana maneəsiz keçidi – TRİPP layihəsi (Zəngəzur dəhlizi) Bakı və Vaşinqtonun strateji hədəfi olaraq rəsmiləşdi.
Bu layihə Vaşinqton razılaşmalarında öz əksini tapmışdı, daha sonra TRİPP-in icrası ilə bağlı ABŞ-Ermənistan sənədi imzalandı. İkitərəfli sənədin imzalanmasından sonra rəsmi İrəvan Zəngəzur dəhlizinin keçdiyi ərazidə “suverenlik prinsipi” üzərində xüsusi dayanır, “maneəsiz keçid”in üzərindən keçməyə çalışırdı. Bu, erməni ictimai rəyinə hesablanmış mövqe olsa da, Bakı üçün Naxçıvana maneəsiz keçid razılaşmasının Vaşinqtonla rəsmiləşməsi – ABŞ-ın qarantiyasının bir daha təsdiqi əhəmiyyətli idi. STX mətnində qeyd olunur ki, “ABŞ və Azərbaycanın Naxçıvan Muxtar Resublikasına maneəsiz bağlantını təmin edəcək”.
2. Bakı və Vaşinqton mülki nüvə əməkdaşlığını dərinləşdirməyi planlaşdırır: bu, Azərbaycana nüvə enerjisi hədəfinə çatmaq, eləcə də ABŞ-ın milyardlarla investisiyasını cəlb etmək imkanı qazandırır (Vaşinqton İrəvanla imzaladığı müqaviləyə əsasən Ermənistanın nüvə enerjisi sektoruna 10 milyard dollar sərmayə yatıracaq);
3. Azərbaycan və ABŞ kritik mineralların Orta dəhliz vasitəsilə qlobal bazarlara tranzitini asanlaşdırmaq istiqamətində əməkdaşlıq edəcək. ABŞ Mərkəzi Asiya regionundan mineralların daşınmasını planlaşdırır və burada Azərbaycanın tranzit rolu həlledici olacaq. Bu, Bakıya təkcə tranzit imkanlarını genişləndirmək yox, həm də minerallar uğrunda genişlənən qlobal rəqabətdə yer almaq və maraqlarını təmin etmək şəraiti yaradır.
Sənədin mühüm hissələrindən biri ABŞ-ın Orta dəhliz marşrutundakı planlarını Azərbaycanı üzərindən qurması, Bakını bu coğrafiyada əsas strateji tərəfdaş kimi qəbul etməsidir.
Xartiyanın “İqtisadi Sərmayələr, o cümlədən Süni İntellekt (AI) və Rəqəmsal İnfrastruktur” adlanan ikinci bölməsindəki razılaşmalar Azərbaycanın önündə ABŞ-ın yüksək texnologiyalarına çıxış və investisiya imkanlarını açır.
Üçüncü bölmədə isə təhlükəsizlik əməkdaşlığı əks olunur. Burada qeyd olunan razılaşmalar ABŞ-ın regional sülhdə və Azərbaycanın təhlükəsizliyində zamin rolunu formalaşdırır, Bakı isə beynəlxalq təhlükəsizliyin təmin edilməsində və sülhməramlı missiyada Vaşinqtona dəstək verəcək. Ən önəmli hissə iki ölkə arasında “müdafiə sənayesi məhsullarının satışı da daxil olmaqla, müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsini genişləndirmək” razılaşmasıdır. Bu, Azərbaycanın müdafiə sənayesində Amerika texnologiyasından istifadə etməsi ilə yanaşı, ABŞ istehsalı olan hərbi təyinatlı məhsulların alınması imkanlarını da genişləndirir. Və Tramp Administrasiyasında 907-ci düzəlişin tamamilə ləğv edilməsi marağını gücləndirə bilər.
Təhlükəsizlik əməkdaşlığı ABŞ-ın Azərbaycana minalarla mübarizədə maliyyə və texnoloji dəstək verməsini də nəzərdə tutur.
“İnstitusional Çərçivə və tətbiq” adlanan dördüncü bölməyə əsasən ABŞ və Azərbaycan iqtisadiyyat və ticarət, enerji, bağlantılar, AI və rəqəmsal inkişaf, təhlükəsizlik və müdafiə daxil olmaqla, əməkdaşlıq sahələri üzrə işçi qrupları yaradacaq. Və Bakı-Vaşinqton xəttində təmaslar intensiv şəkildə davam etdiriləcək.
Sənəd ABŞ-ın Azərbaycanla münasibətlərə, eyni zamanda, Cənubi Qafqaza yanaşmasını əks etdirir. Vaşinqton üçün regionda, eyni zamanda, Orta dəhliz coğrafiyasında əsas strateji tərəfdaş Bakıdır.
Asif Nərimanlı
-
Qoroskop01:40Günün ulduz falı: səbr ən güclü silahınız olacaq
-
Region9 Mart 22:20Hazırkı müharibənin fəsadları dünyanın hər yerində hiss olunacaq - Ərdoğan
-
Magazin19 Mart 21:37"Avroviziya" mahnımız təqdim olundu - Video
-
Region9 Mart 20:30Hələ də təxribatçı addımlar atılır - Ərdoğandan İrana çağırış
-
İnanc9 Mart 19:51Ramazanın 20-ci gününün duası - İftar və imsak vaxtları
-
Region9 Mart 19:26İranda bu şəxslərin əmlakları müsadirə ediləcək
-
Region9 Mart 18:12Türkiyədən İrana xəbərdarlıq
-
Region9 Mart 17:20Bu dəhliz Cənubi Qafqaza sülh gətirəcək: Brüsseldə elan edildi





































