İdman
“Barselona”nın ulduzu 2,5 milyon avroya monastır alıb: Səbəb nədir? - FOTO
“Barselona” və İspaniya millisinin yarımmüdafiəçisi Pedri artıq futbol karyerasından sonrakı həyat barədə düşünür.
Publika.az xəbər verir ki, 23 yaşlı ulduz futbolçu ikibaşlı bud əzələsinin zədəsindən sonra reabilitasiya prosesində olmasına baxmayaraq, meydandan kənarda aktiv şəkildə maliyyə gələcəyini qurur.
Məlumata görə, Pedri doğulduğu Teqeste (Tenerife) şəhərində 2,5 milyon avroya keçmiş monastır binasını alıb. 1943-cü ildə inşa edilən obyekt 70 ildən artıq Assumpsionistlər ordeninə məxsus olub. Sövdələşmə ötən payızdan hazırlanıb və 2023-cü ildə futbolçu tərəfindən yaradılan “Pedrineta SL” şirkəti vasitəsilə rəsmiləşdirilib.
Pedri kompleksi yenidən quraraq onu kənd tipli hotelə çevirməyi planlaşdırır. Layihəyə təxminən 9 500 kvadratmetr ərazi, 33 otaq, 21 hamam otağı, kitabxana, ibadətgah və hovuz üçün geniş sahə daxildir. Ərazidə əlavə olaraq Kanar adalarına xas ənənəvi üslubda inşa edilmiş müasir bina da yerləşir.
Monastır Tenerife adasının ən mənzərəli bölgələrindən biri sayılan Anaqa təbiət parkının yaxınlığında yerləşir. Görünür, Pedri təkcə meydanın mərkəzini deyil, investisiya strategiyasını da inamla idarə edir.
Heybət

-
Region9 Mart 22:20Hazırkı müharibənin fəsadları dünyanın hər yerində hiss olunacaq - Ərdoğan
-
Magazin19 Mart 21:37"Avroviziya" mahnımız təqdim olundu - Video
-
Region9 Mart 20:30Hələ də təxribatçı addımlar atılır - Ərdoğandan İrana çağırış
-
İnanc9 Mart 19:51Ramazanın 20-ci gününün duası - İftar və imsak vaxtları
-
Region9 Mart 19:26İranda bu şəxslərin əmlakları müsadirə ediləcək
-
Region9 Mart 18:12Türkiyədən İrana xəbərdarlıq
-
Region9 Mart 17:20Bu dəhliz Cənubi Qafqaza sülh gətirəcək: Brüsseldə elan edildi
-
Maraq dünyası9 Mart 16:58Rusiya otellərində "ölüm rəqəmi" həyəcanı: Onlara görə "4" silinir






































