Sosial
İcra başçısının saxta diplomlu müavini işdən qovuldu: Görün indi harada çalışır
Xabarovsk diyarında məmur saxta diplomla işlədiyinə görə həbs olunub. Sovetsko-Qavanski rayon rəhbərinin sosial məsələlər üzrə müavini vəzifəsində çalışan şəxs prokurorun araşdırmasından sonra məhkəmə qarşısına çıxarılıb.
Publika.az xəbər verir ki, bu barədə “Amur Mash” Telegram kanalı məlumat yayıb.
Məmurun karyerası bakalavr dərəcəsini təsdiq edən sənəd təqdim etdikdən sonra yüksəlib, lakin sonradan sənədin saxta olduğu müəyyən edilib. Məmur iddia edib ki, əslində insan resursları meneceri olmaq üçün distant təhsil alırmış və təhsil haqqını ödəyib, lakin dissertasiya müdafiəsinə qatıla bilməyib.
Son mərhələdə ona “alternativ seçim” təklif olunub, xidmət 40.000 rubla (880 manat) başa gəlib və məmur pulu ödəyərək diplomu əldə edib. Prokurorların araşdırması nəticəsində saxta sənəddən istifadə faktı aşkar olunub və cinayət işi başlanıb.
Məhkəmə materialları araşdırdıqdan sonra o, dörd ay müddətinə azadlıqdan məhrum olunub. Qeyd olunur ki, səs-küylü qalmaqala baxmayaraq, kişi hələ də işləyir. Lakin bu dəfə administrasiyada yox, yerli hamamda.
Adəm
-
Magazin100:30"Efirdə səviyyə o qədər aşağı düşüb ki, utanıram getməyə"
-
Qoroskop00:10Günün ulduz falı - Səmimiyyət ən böyük silahınız olacaq
-
Dünya5 Mart 23:12Bu ölkədə qırıcı təyyarə yoxa çıxdı
-
Magazin15 Mart 21:50Tolikin yeni layihəsi bəlli oldu
-
İnanc5 Mart 21:45Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı
-
Sosial5 Mart 21:00Qapısı açıq evlərə girmək istəyirmiş - Video
-
ABŞ5 Mart 20:36İsrail Tehrana 13-cü zərbə dalğasını başlatdı
-
MDB5 Mart 20:25Tokayev Naxçıvana edilən dron hücumunu pislədi



























.jpg)



.jpg)






