Nida Təhlil
Paşinyan Rusiyadan aldığı yeni nəsil təyyarələrlə Azərbaycana hücuma hazırlaşır - SENSASİYA
Ermənistanın baş naziri Nikol Paşinyan feysbuk
səhifəsində Rusiya istehsalı olan Su-30SM çoxfunksiyalı döyüş
təyyarəsinin kabinəsində fotosunu paylaşdı. Bundan sonra Paşinyanın
Su-30SM təyyarəsinə haradan mindiyi haqda müzakirələr başlandı.
Ehtimallara görə, bu foto Rusiyanın Ermənistandakı “Erebuni”
bazasında çəkilmiş ola bilər. Lakin daha çox Ermənistanın bu
təyyarəni Rusiyadan aldığına dair ehtimallar önə çəkildi.
Publika.az xəbər verir ki, Ermənistan Müdafiə
Nazirliyindəki mənbə “Regnum” agentliyinə Rusiya ilə Su-30SM
təyyarələrinin alınması ilə bağlı danışıqlar aparıldığı haqda
məlumat verib. Yaxın dövrdə Rusiyanın bu təyyarələri Ermənistana
verə biləcəyi gözlənilir.
Paşinyanın Su-30SM təyyarəsinə haradan mindiyinə gəlincə, mənbə
bunun Rusiya bazasında olduğunu açıqlayıb.
Su-30SM təyyarələri
Bu təyyarələr 4++ nəsil maşınlarına aiddir. İmkanlarına görə
beşinci nəsilə (F-22, F-35, Su-57) təyyarələrinə yaxındır. Bu
təyyarələr Rusiyanın ən uğurlu istehsallarından hesab olunur.
Suriya əməliyyatında uğurla iştirak ediblər.
Ermənistanda belə bir təyyarə yoxdur. İşğalçı ölkənin aviasiyasına
cəmi 15 ədəd Su-25 daxildir. Bununla yanaşı, Rusiyanın İrəvan
yaxınlığındakı “Erebuni” bazasında 18 ədəd AN-29 təyyarəsi var.
Hazırda işğalçı ölkənin aviasiyası çox köhnəlmiş hesab edilir.
Görünür, Ermənistan aviasiyasını Su-30SM təyyarələri ilə yeniləmək
niyyətindədir.
Ermənistanla müqayisədə Azərbaycanın güclü aviasiya potensialı
mövcuddur. “Aprel müharibəsi”ndəki döyüş qabiliyyəti də bunu əyani
şəkildə sübut etdi.
Gələcək hücum planı
“Regnum” agentliyinin hərbi mənbələrdən əldə etdiyi digər məlumata
görə, Ermənistan yaxın 1-2 ildə Rusiyadan böyük partiyada Su-30SM
almaq niyyətindədir. Bu təyyarələrin böyük hissəsi Azərbaycanın
işğal edilmiş ərazilərindəki erməni hərbi hissələrinə
yerləşdiriləcək.
“Su-30SM təyyarələri İrəvanın və Xankəndinin müdafiəsini, həmçinin,
hücum imkanlarını gücləndirəcək. Bununla yanaşı, Azərbaycanın
strateji neft-qaz infrastrukturunu təhlükə altına qoyacaq”, - deyə
ermənipərəst agentlik yazıb.
Görünür, Ermənistanı gələcək müharibə planları var. Hesab etmək
olar ki, Paşinyan silahlanma başa çatana qədər Qarabağ
danışıqlarını uzatmaq və yalnız bundan sonra hücuma keçmək
niyyətindədir. İrəvanda “Azərbaycanın neft-qaz strateji
infrastrukturunun sıradan çıxarılması” haqda bəyanatların tez-tez
eşidilməsi təkcə hərbi ritorika deyil, bu, həm də ermənilərin
gələcək planından xəbər verir.
Asif
-
MDB15:32Putin Məmmədovla Gevorkyanı təltif etdi
-
MDB15:02Ukraynanın ağır dronları 2 min km qət etdi, Uxtanı vurdular: Neft emalı zavodu yanır
-
Nida Xəbər 14:50Hakimiyyəti zorla ələ keçirmək istəyənlərin - TAM SİYAHISI
-
Nida Xəbər 14:18Ramiz Mehdiyev və Abbas Abbasovdan əldə edilən pulları Fuad Qəhrəmanlı belə alıb - Video
-
Nida Xəbər 13:28DTX “Boz kardinal”ın şok səs yazısını yaydı - Video
-
Nida Xəbər 13:12Ramiz Mehdiyevin evindən görün nə qədər pul çıxdı - Video
-
Yaxın Şərq13:10ABŞ çox şey tələb edir, müharibə olacaq - Fidandan xəbərdarlıq
-
Magazin113:03Samirə efirdə bəd xəbər aldı: Təcili getdi - VİDEO







































.jpg)
