Nida Təhlil
Ermənistanı yerlə-yeksan edəcək müasir QIRICILAR Azərbaycana VERİLİR - DETALLAR - VİDEO
Ermənistanın Rusiyadan Su-30SM döyüş təyyarələrinin
almağa hazırlaşması ilə bağlı müqavilənin detalları ortaya
çıxıb.
Publika.az xəbər verir ki, Rusiyanın “Kommersant” nəşri
Su-30SM-lərin Ermənistana verilməsi ilə bağlı müqavilənin Serj
Sarkisyan hakimiyyəti dövründə bağlandığını yazıb.
“Müqavilə 2012-ci ildə imzalanıb. Müqaviləyə əsasən Su-30SM-lər
2024-cü ilə qədər Ermənistanın hərbi hava qüvvələrinə veriləcəkdi.
Lakin maliyyə çətinliklərinə görə sifariş təxirə salındı. Rusiya
müqaviləni Ermənistanın yeni hakimiyyəti ilə davam etdirmək
niyyətindədir”, - deyə nəşr yazıb.
“Regnum” agentliyi yazıb ki, təyyarələr yaxın 1-2 il ərzində
Ermənistana veriləcək.
Lakin “Rosoboreneksport”dan “Kommersant”a bildiriblər ki,
təyyarələrin Ermənistana nə vaxt veriləcəyi hələlik məlum
deyil.

SU-30SM
Rusiya aviasiya sənayesinin bir neçə top-meneceri nəşrə bildirib
ki, Ermənistan Su-30SM-lərə 2010-cu ildə maraq göstərməyə
başlayıb.
2012-ci ildə imzalanan müqaviləyə əsasən, Ermənistana 12 Su-30SM
təyyarəsi veriləcəkdi. Maliyyə çətinliyinə görə sifarişin
çatdırılması saxlanılsa da, İrəvan-Moskva arasında təyyarələrlə
bağlı mütəmadi danışıqlar gedirdi.
Nəşrin məlumatına görə, Ermənistanda hakimiyyət dəyişməsindən bir
neçə ay öncə İrəvan təyyarələrlə bağlı yenidən Moskvaya müraciət
edib. Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri ruslara
bildirib ki, təyyarələrin alınması 2024-cü ilə qədər təxirə
salınır. Ermənistanın yeni hakimiyyəti köhnə müqaviləyə əsasən
təyyarələri almaq niyyətindədir. Rusiya isə müqavilənin mümkün
qədər tez – 2022-ci ilə qədər başa çatdırılmasını istəyir.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Baş nazir Nikol Paşinyanın Su-30SM təyyarəsinin kabinəsində foto
çəkdirməsi də bunu deməyə əsas verir.
Strategiya və texnologiyaların analizi mərkəzinin eksperti
Konstantin Makienko hesab edir ki, Rusiyanın Ermənistana müasir
döyüş aviasiya komplekslərinin verməsi Azərbaycanı Qərbdən döyüş
təyyarələri almağa sövq edə bilər.
“Belə presedentlər artıq var. Misal üçün, İrəvana “İskəndər”
veriləndən sonra Azərbaycan Belarusdan “Polonez” raket sistemlərini
aldı. Buna görə də Ermənistana Su-30SM verilirsə, Azərbaycana da
Su-35 təyyarələri təklif edilməlidir”, - deyə rusiyalı ekspert
təklif edib.

Bu təklif Ermənistanda narahatlıq yaradıb. İrəvanda hesab edirlər
ki, Rusiya Azərbaycanı onlardan üstün tutur.
Erməni şərhçi Naira Ayrumyan “Rusiya Ermənistana köhnə Su-30,
Azərbaycana isə müasir Su-35 verir” deyə yazıb.
Asif
-
MDB15:32Putin Məmmədovla Gevorkyanı təltif etdi
-
MDB15:02Ukraynanın ağır dronları 2 min km qət etdi, Uxtanı vurdular: Neft emalı zavodu yanır
-
Nida Xəbər 14:50Hakimiyyəti zorla ələ keçirmək istəyənlərin - TAM SİYAHISI
-
Nida Xəbər 14:18Ramiz Mehdiyev və Abbas Abbasovdan əldə edilən pulları Fuad Qəhrəmanlı belə alıb - Video
-
Nida Xəbər 13:28DTX “Boz kardinal”ın şok səs yazısını yaydı - Video
-
Nida Xəbər 13:12Ramiz Mehdiyevin evindən görün nə qədər pul çıxdı - Video
-
Yaxın Şərq13:10ABŞ çox şey tələb edir, müharibə olacaq - Fidandan xəbərdarlıq
-
Magazin113:03Samirə efirdə bəd xəbər aldı: Təcili getdi - VİDEO







































.jpg)
