Nida Təhlil
Qarabağ üçün YENİ VARİANT, bu gün MÜHARİBƏ ƏMRİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının noyabrın 27-də Belarusun paytaxtı Minskdə keçiriləcək iclasına qatılmayacaq. Azov dənizində vəziyyət gərginləşib. Ukrayna Silahlı Qüvvələri tam döyüş hazırlığına gətirilib. Ukraynada hərbi vəziyyət elan edilib. Camal Qaşıqçı cinayəti ilə bağlı yeni fakt ortaya çıxıb.
“Ermənistan Qarabağ üzrə danışıqlar prosesinə hazırlaşır, lakin bizim məmurlarımızın effektiv ideyası yoxdursa, ölkə olaraq ciddi problemlərlə qarşılaşacağıq”. Bu barədə erməni ekspert Arman Melikyan deyib.
Onun sözlərinə görə, münaqişə üzrə danışıqlar növbəti ilin başlanğıcında olacaq.
“İstisna etmirəm ki, Ermənistanda seçkilərdən sonra münaqişənin nizama salınması üzrə yeni təkliflər irəli sürüləcək. Lakin hesab edirəm ki, Ermənistan özü yeni təşəbbüslərlə çıxış etməlidir, əks təqdirdə başqalarının təklifləri bizim maraqlarımıza uyğun olmayacaq”, - deyə o bildirib.
Ermənistanda baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının noyabrın 27-də Belarusun paytaxtı Minskdə keçiriləcək iclasına qatılmayacaq. Bu barədə Paşinyanın birinci müavini Ararat Mirzoyan deyib.
Mirzoyan qeyd edib ki, Paşinyan növbədənkənar parlament seçkilərinə görə noyabrın 26-dan dekabrın 5-nə qədər məzuniyyətdə olacaq.
“Onun səlahiyyətlərini mən icra edəcəm. Avrasiya İqtisadi İttifaqının Minskdə keçiriləcək iclasında Ermənistanı mən təmsil edəcəm”, - deyə o bildirib.
Paşinyanın Minskə getməməsinin səbəbi məzuniyyət olaraq göstərilsə də, ekspertlər əsl səbəbin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında baş katiblik məsələsinə görə Ermənistanla Belarusun arasında baş verən son qalmaqal olduğunu hesab edirlər. Paşinyanın bu addımının KTMT və Avrasiya İqtisadi İttifaqı daxilində qarşıdurmanı daha da gərginləşdirəcəyi ehtimal olunur.
Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanın Respublikaçılar Partiyasının seçkidə 0 faiz səs toplayacağını deməsi Ermənistan vətəndaşlarına hörmətsizlikdir. Bunu Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan deyib.
“Aydındır ki, biz minlərlə səs toplayacağıq. Paşinyan və komandasını 9 dekabrda böyük sürpriz gözləyir”, – deyə o bildirib.
Türkiyənin cənub-qərbində yerləşən Yalova vilayətinin Termal mahalında ərəb iş adamına aid olduğu iddia edilən bir villada axtarışlar başladılıb. Yalova valisi Müəmmər Erol İstanbuldan gələn xüsusi qrupunun səudiyyəli jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı araşdırma apardığını deyib.
Ərəb iş adamının Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın yaxın dostu olduğu bildirilir. Villada bir aydır kimsənin olmadığı deyilir. Axtarışlar həmçinin villanın qonşuluğunda yerləşən başqa bir villada da aparılır.
Xatırladaq ki, Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda öldürülüb.
Camal Qaşıqçı cinayətini törədən qrupdakı şübhəlilərdən biri hadisədən bir gün əvvəl Yalovada yaşayan Səudiyyə Ərəbistanının vətəndaşı ilə əlaqə qurub. Bu haqda İstanbul Respublika Baş prokurorluğundan bildirilir.
Bu əlaqənin Qaşıqçının cəsədinin yox edilməsi və ya saxlanılmasına yönəlik olduğu bildirilir.
Ukrayna Silahlı Qüvvələri tam döyüş hazırlığına gətirilib. Bu haqda Ukrayna ordusunun Baş qərargahının Feysbuk səhifəsində yerləşdirilən məlumatda deyilir.
Qərar Kerç boğazında Ukrayna gəmilərinə Rusiya tərəfindən atəş açılması ilə bağlıdır.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Kerç boğazı ərazisində ötən gün baş verənlər Ukraynada keçiriləcək prezident seçkiləri və prezident Pyotr Poroşenkonun Ukraynanı “silkələmək” cəhdidir. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçının müavini Qriqori Karasin bildirib.
“Görünür ki, bu, vaxtı, yeri və forması üzrə fikirləşilmiş təxribatdır. Hədəflər aydındır: Ukraynanı hərbi vəziyyətin tətbiqi ilə “silkələmək”, Qərbin anti-Rusiya əhval-ruhiyyəsini səfərbər etmək, Rusiya əleyhinə sanksiyaları sərtləşdirmək. Görünür, Poroşenkoya bu fonda öz seçkiqabağı kampaniyasını açmaq daha asandır”, - rusiyalı diplomat deyib.
ABŞ-da prezident Donald Trampı Azov dənizində ötən gün baş verən münaqişəyə görə Rusiya prezidenti Vladimir Putini sərt cəzalandırmağa çağırıblar. ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Brayan Fispatrik beynəlxalq hüququn Rusiya tərəfindən açıq şəkildə pozulduğunu bildirib.
“Rusiya tərəfindən Azov dənizində beynəlxalq hüquqların açıq pozulması və Ukraynanın müstəqilliyinə fitnəkar hücumu tamamilə qəbuledilməzdir. Rusiya Ukrayna gəmilərinin Ukrayna limanlarından azad istifadəsinə icazə vermək üçün Kerç boğazı vasitəsilə hərəkət azadlığını dərhal bərpa etməlidir”, - Konqres üzvü hesab edir.
Fispatrik qeyd edib ki, Moskvanın təcavüzü ABŞ-ın milli təhlükəsizlik maraqlarına birbaşa təhdiddir.
“Mən prezidenti və administrasiyanı gələn həftə G20 sammitində Vladimir Putini məsuliyyətə cəlb etməyə çağırıram. Biz ukraynalılarla yan-yana durmalıyıq”, - o əlavə edib.
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Qərbin Rusiyaya qarşı həyata keçirdiyi fəaliyyətlərə dair açıqlama verib. Lavrov getdikcə artan gərginliyin ciddi fəsadları olacağı barədə xəbərdarlıq edib.
“Rusiya sərhədləri yaxınlarında ABŞ və digər ölkələrin gərginliyi artırmağa hesablanan fəaliyyətləri münasibətləri geri dönüşü olmayan bir yola sürükləyəcək”, - Lavrov bildirib.
Lavrov həmçinin Kerç boğazında yaranan vəziyyəti birmənalı təxribat adlandırıb. Onun qiymətləndirməsinə görə, Kiyev beynəlxalq hüququn əsas müddəalarını pozub.
Lavrov Kiyevə özünü daha adekvat aparmağı məsləhət görüb. Rusiya xarici siyasət idarəsinin başçısı, həmçinin Qərbə çağırış edib.
Xatırladaq ki, ötən gün Kerç körfəzində Ukrayna və Rusiya hərbi gəmilərinin iştirakıyla qarşıdurma baş verib. Rusiya gəmiləri Kerç körfəzindən çıxan Ukrayna Hərbi-Dəniz Qüvvələrinə aid gəmi qrupuna atəş açıb.
Kerç boğazı ətrafında baş verən hadisələr Rusiyanın təşəbbüsü ilə bu gün BMT Təhlükəsizlik Şurasının iclasında müzakirə ediləcək. Bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Ukrayna prezidenti Pyotr Poroşenko ölkədə hərbi vəziyyətin tətbiqi haqqında fərmanı imzaladı. Hərbi vəziyyət noyabrın 26-sı saat 15:00-dan 2019-cu il yanvar 25-i saat 15:00-ə qədər qüvvədə olacaq.
Ömər Dağlı
-
Sosial21:24Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
-
MDB20:50Vahid Ələkbərov Rusiyanın ən varlı üçüncü adamı oldu
-
MDB20:40Rusiya "Starlink"in analoqunu sınaqdan keçirəcək
-
Qarabağ 20:20Nazir Xankəndidə tələbələrlə yallı getdi, tonqaldan tullandı - VİDEO
-
İnanc20:12Bu gün ikinci Qədr gecəsidir
-
Sosial19:50Daha bir tiktoker saxlanıldı
-
Sosial18:24Azərbaycanda üç kəndin adı dəyişdirilə bilər - Təklif hazırlandı
-
Sosial17:22Könül Həmzəyeva axtarışa verildi



































