Nida Təhlil
Ermənistanda qırğın başladı: Qarabağı tərk edin!
Ermənistanda seçkiöncəsi Azərbaycanın işğal edilmiş
Dağlıq Qarabağ bölgəsinə görə qırğın başlayıb.
Publika.az xəbər verir ki, Nikol Paşinyan hakimiyyəti
keçmiş prezident Serj Sarkisyanın komandasına yaxın olan
Qarabağdakı separatçı rejimə hücumlar edir.
Paşinyanın lideri olduğu “Vətəndaş müqaviləsi” partiyasının idarə
heyətinin sədri Sasun Mikaelyanın bəyanatı isə cidi qalmaqal
yaradıb.
Mikaelyan bildirib ki, “aprel müharibəsi” I Qarabağ müharibəsindən
daha üstündür.
“Biz Qarabağ müharibəsində qələbə qazandıq, lakin bu, “Qarabağ
xalqının” yox, erməni oğlanlarının qələbəsi idi. Erməni xalqı bu
qələbənin nəticələrini görməli idi, lakin əvvəlki hakimiyyət buna
imkan vermədi. Bizim xalqımız bu qələbənin qiymətini dərk etmədi,
anlamadı. Əgər anlamadısınızsa, onda Qarabağı tərk edin”, - deyə o
üstüörtülü şəkildə separatçı rejimi “vurub”.
Erməni ekspertlər hesab edirlər ki, Mikaelyan “aprel müharibəsi”ni
məhz köhnə hakimiyyətin soyğunçuluğunun ortaya çıxması və
hakimiyyətdən getməsinə səbəb olması baxımından əhəmiyyətli hesab
edir.
Nikol Paşinyanın özü isə Mikaelyanın öz fikrini uğurlu ifadə edə
bilmədiyini deyib.
Ermənistanda baş nazir əvəzi bildirib ki, uzun illərdə orduda
soyğunçuluq edənlər bu gün hansısa fikrə istinadən onları tənqid
edirlər.
“Biz buna icazə verməyəcəyik! Onların bəziləri haqlarında cinayət
işi açılmaması üçün xahiş edir, yalvarırdı. Biz deyirdik ki,
ordudan oğurlananlar geri qaytarılmalıdır. Düşünməyin ki, xalq
sadəlövhdür və siz öz həmyerlilərinizi döyərək “azadlıq
mübarizəsinin müdafiəçiləri” kimi tanına bilərsiniz. Siz öz
həmyerlilərinizi alçaltmaq, təpikləmək üçün döyüşürdünüz?”, - deyə
Paşinyan bildirib.
Ermənistan mediasının məlumatına görə, Sasun Mikaelyanın qalmaqallı
bəyanatından sonra Qarabağda müəyyən dairələr fəallaşıb. Onlar
hakimiyyətə sərt reaksiyalar verirlər. Paşinyanın cavabı da əslində
onlara ünvanlanıb.
Erməni ekspertlər Qarabağ mövzusunun seçki təbliğatında ciddi amil
olacağını düşünürlər. Hətta Azərbaycanın işğal edilmiş
ərazilərindəki separatçı rejimin Nikol Paşinyana qarşı cəbhədə yer
alacağını düşünənlər də var.
Asif
-
Milyonçu12:19Rusiyalı zənginlər 28 milyard dollardan çox itirdilər - Siyahıda kimlər var?
-
Sağlamlıq11:45Tənhalıq sadəcə psixoloji hal deyilmiş: Orqanizmə vurduğu ağır zərbələr
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
-
Avropa10:42Almanlar niyə Rusiyaya sığınırlar? - Şok statistika
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO
























.jpg)










.jpg)
.jpg)