Nida Təhlil
Paşinyanın Qarabağ addımlarının sirri ortaya çıxdı: o istəyir ki... - Ruslar HƏR ŞEYİ AÇDI
Ermənistanda seçkiöncəsi siyasi ehtiraslar qızışır və
əsas diqqətçəkən məqam Nikol Paşinyanın komandası ilə Azərbaycanın
işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan separatçı rejimin
qarşıdurmasıdır.
Publika.az xəbər verir ki, Paşinyanın lideri olan
“Vətəndaş sazişi” partiyasının idarə heyətinin sədri Sasun
Mikaelyan “aprel inqilabının Qarabağ müharibəsindən daha üstün
olduğunu” bəyan etdi.
Bundan sonra ciddi qarşıdurma başlandı. Ardınca Paşinyan ondan
fərqli olaraq Qarabağdakı separatçı məmurların övladlarını hərbi
xidmətə göndərmədiklərini bildirdi. Separatçılar baş nazir
vəzifəsini icra edən Nikolun yalan danışdığını dedilər. Hazırda
Ermənistanda qızğın mübahisələr gedir.
Paşinyanın Qarabağdakı separatçı Saakyan rejimi ilə zidd düşməsi
təəccüblü deyil. Çünki Saakyan keçmiş prezidentlər Robert Koçaryan
və Serj Sarkisyanın adamıdır. Lakin Paşinyan baş nazir seçiləndən
sonra ilk səfərini Qarabağa etdi və burada separatçı rejimə açıq
dəstək verdi. Dekabrın 9-da keçiriləcək növbədənkənar parlament
seçkiləri öncəsində isə vəziyyət dəyişib və Paşinyanla Saakyanın
mübarizə açıq müstəviyə keçib.
Rusiyalı ekspert Aleksey Fenenko hesab edir ki, Paşinyanın Saakyana
müharibə elan etməsinin səbəbi separatçılardan öz hakimiyyətinə
dəstək ala bilməməsidir.
“Paşinyan “Qarabağ klanı”nın dəstəyinə çox belə bağlayırdı. Buna
görə də baş nazir seçilən kimi Qarabağa getdi və orada Azərbaycana
qarşı bəyanatlar verdi. Lakin sonrakı proseslərdə Paşinyanın
“Qarabağ klanı”na bağladığı ümidlər özünü doğrultmadı. Qarabağdakı
separatçı rejim keçmiş iqtidarı – Respublika Partiyasını
dəstəkləyir. Paşinyanın separatçı rejiminin ünvanına sərt
bəyanatları da buradan qaynaqlanır. Qarabağ Ermənistan üçün ən
vacib siyasi amillərdən biridir, lakin Paşinyan “Qarabağ klanı”nın
dəstəyini ala bilmədiyi üçün özünü başqa cür aparacaq”, - deyə o
bildirib.
Müstəqil ekspert Dmitri Verxoturov isə fərqli düşünür.
Onun fikrincə, Paşinyan “Qarabağ klanı”na müharibə elan etməyəcəyi
təqdirdə siyasətdə sağ qalmayacağını anlayır.
“Əgər o, bu klanla müharibə etməsə, klan onu yeyəcək. Əslində
Paşinyan Qarabağ məsələsini lazımsız hesab edir və bundan xilas
olmaq istəyir. Lakin bu məsələdə “Qarabağ klanı” onun qarşısında
maneədir. Əgər Paşinyan bu klanı siyasətdən çıxara biləcəksə, onda
o, kresloda oturmağa davam edəcək. Və böyük ehtimalla münaqişənin
həlli üçün Azərbaycanla lazım olan müqaviləni bağlayacaq. Bu,
ərazilərin Azərbaycana qaytarılması deməkdir. Faktiki olaraq,
Paşinyanın addımları onun Qarabağı qaytarmaq istədiyini göstərir”,
- deyə müstəqil ekspert vurğulayıb.
Asif
-
Milyonçu12:19Rusiyalı zənginlər 28 milyard dollardan çox itirdilər - Siyahıda kimlər var?
-
Sağlamlıq11:45Tənhalıq sadəcə psixoloji hal deyilmiş: Orqanizmə vurduğu ağır zərbələr
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
-
Avropa10:42Almanlar niyə Rusiyaya sığınırlar? - Şok statistika
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO
























.jpg)










.jpg)
.jpg)