Nida Təhlil
Əliyev rus torpaqlarında Ermənistanı belə məğlub etdi - Sankt-Peterburq görüşünün SİRRİ AÇILDI
MDB dövlət başçılarının və Avrasiya İqtisadi İttifaqına
üzv dövlətlərin Sankt-Peterburqda keçirilən sammitində Ermənistanda
baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın “lider” kimi qəbul
edilməməsi xüsusi diqqət çəkdi. Lakin Avrasiya İqtisadi İttifaqına
üzv dövlətlərin rəhbərlərinin iclasından sonra Belarus prezidenti
Aleksandr Lukaşenkonun açıqlaması Ermənistanın rus torpaqlarında
yaxşı şillə yediyini açıq şəkildə təsdiqlədi.
Publika.az xəbər verir ki, Lukaşenko Sankt-Peterburqda
qeyri-rəsmi şəkildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına
(KTMT) baş katibin seçildiyini bəyan etdi.
“Biz az qala gözlənilmədən KTMT-nin iclasını keçirdik və prinsip
etibarilə baş katibin təyinatı problemini həll etdik”, - deyə
Lukaşenko baş katibin Belarus nümayəndəsi olacağını
təsdiqləyib.
Qeyd edək ki, KTMT-də erməni baş katib Yuri Xaçatrov haqqında
Ermənistanda cinayət işi açılandan sonra bu post boş qalıb.
Ermənistanın təşkilatda baş katiblik müddəti 2020-ci ildə başa
çatmalıdır. Lakin təşkilata üzv ölkələr, xüsusilə Qazaxıstan və
Belarus Ermənistanın yeni namizəd irəli sürməsinə qarşı çıxdılar və
əlifba sırası üzrə baş katibliyin Belarusa keçməli olduğu fikrini
müdafiə etdilər. Təşkilatın Astanada keçirilən sonuncu iclasında
bununla bağlı qalmaqal yarandı. Xüsusilə Lukaşenkonun iclasdan
sonra öz ölkəsinə qayıdarkən Azərbaycan səfirini qəbul etməsi və
baş verənlərlə bağlı müzakirələr aparması İrəvana ağır zərbə oldu.
Proseslərdə Azərbaycan liderini diplomatik manevrləri və bunun
nəticəsində Ermənistanın Avrasiya platformasında məğlubiyyəti açıq
görünürdü. Astana sammitindən sonra baş katibin seçilməsi üçün
növbəti iclasın dekabrın 6-da Sankt-Peterburqda keçiriləcəyi
gözlənilirdi. Lakin Rusiya prezidenti Vladimir Putinin təklifi ilə
iclas təxirə salındı. Ehtimallara görə, iclas dekabrın sonunda
keçirilə bilər. Əslində iclasın təxirə salınmasını Nikol Paşinyan
xahiş etmişdi. Çünki o, baş katiblik məsələsində məğlub olacağını
və bu məğlubiyyətin seçki öncəsi reytinqinə zərbə vuracağını
anlayırdı. Ermənistanda belə bir süni inam yarandı ki, KTMT-nin baş
katibi məsələsi hələ həll olumayıb və, İrəvanın hələ də şansları
var.
Lakin dünən Sankt-Peterburqda keçirilən görüşdə baş verənlər və
Lukaşenkonun açıqladıqları kulislərdə hər şeyin həll edildiyini
deməyə əsas verir.
Ermənistan baş nazirinin mətbuat katibi Lukaşenkonun dediklərini
təkzib edib. Lakin erməni şərhçilər Azərbaycanın Belarus və
Qazaxıstanın vasitəsilə Ermənistanı məğlub etdiyini hesab
edirlər.
“Görünür, Qazaxıstan və Belarus öz oyunlarına davam edirlər.
Azərbaycan istədiyinə nail olur və bu, gələcək müharibədə KTMT-nin
Ermənistana dəstək verə biləcəyi ehtimalını sıradan çıxarır”, -
deyə “lragir” saytı yazır.
Asif
-
Sosial12:58Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Region12:44Avropa İttifaqı Ermənistana yardım edəcək – Türkiyəyə gedən yolları çəkmək üçün
-
Dünya11:13Ankaraya çatanda bizə daha 10 ölkə qoşulacaq – Ruttedən sensasion açıqlama
-
Rəsmi xronika10:44İlham Əliyev Konfrans iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ
-
Maraq dünyası10:28Bir ailənin qəribə hekayəsi: Qızın atası nənələrinin keçmiş əri çıxdı - Aləm qarışdı
-
İqtisadi gündəm09:25Maaş və sosial ödənişlərdə artım olacaq? - 60 faiz…
-
Magazin206:16"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO
-
Səhiyyə05:15Bu məhsul mədəaltı vəzi xərçəngi riskini artırır





































