Nida Təhlil
Qarabağla bağlı YENİ VARİANT: 2019-cu ildə İrəvan ya əraziləri qaytaracaq, ya da...
“2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı ciddi proseslər gözlənilir”.
Bunu Publika.az-a açıqlamasında politoloq Qabil
Hüseynli deyib.
Azərbaycan Prezidenti İlham Əliyevin “Rossia 24” telekanalına
müsahibəsində münaqişə ilə bağlı fikirlərini şərh edən Q.Hüseynli
bildirib ki, ciddi informasiyaya malik olan dövlət başçısının gələn
il Qarabağ məsələsinin həllinə dair ümidlərin olduğunu deməsi real
gözləntilərdən xəbər verir.

Onun sözlərinə görə, Azərbaycan münaqişənin həllində Rusiyanın
aparıcı rol oynadığını anlayır: “Buna görə də Rusiya ilə ciddi
əlaqələr qurulur. Bu il Rusiya prezidenti Vladimir Putin bir neçə
dəfə Azərbaycana səfər etdi, Azərbaycan Prezidentinin də Rusiyaya
səfərləri oldu. Moskva münaqişənin həllində təşəbbüsü ələ almaq
niyyətindədir. Görünən budur ki, Moskva yeni variant irəli sürür.
Bu, Azərbaycan və Ermənistan rəhbərlərinin vasitəçi olmadan
müzakirələr aparması və həll yolunu tapmasıdır. Bu proses Minsk
formatını sıxışdıra bilər. Lakin xarici işlər naziri Elmar
Məmmədyarov bildirir ki, danışıqlar formatı əvvəlki kimi davam
etdiriləcək. Proseslərin inkişafı nələr olacağını göstərəcək.
Hazırda Rusiyanın səyləri aydın görünür. Burada narahatlıq doğuran
məqam Rusiyanın hansı variant üzərində dayanmasıdır. Onlar əvvəlcə
beş rayonun qaytarılması, sonra Qarabağa müvəqqəti statusun
verilməsini nəzərdə tutan Kazan düsturunu, yoxsa işğal altındakı
rayonların hamısının azad edilməsi, Qarabağın statusunun müzakirəyə
çıxarılması variantını irəli sürürlər? Bizim üçün bu prinsipial
məsələdir, çünki bu ərazilər beynəlxalq hüquqda Azərbaycan torpağı
olaraq tanınır və tarix boyu belə də olub”.
Q.Hüseynli qeyd edib ki, Ermənistan qeyri-konstruktiv mövqe
nümayiş etdirsə, Azərbaycan Ordusu hərəkətə keçə bilər.
“Prezident İlham Əliyev də bunu açıq şəkildə bəyan edir. Azərbaycan
Ordusunu gücləndirib, müasir silahlarla təchiz edib. BMT-nin
müddəalarında da Azərbaycanın özünü müdafiə hüququ öz əksini tapır.
Zənnimcə, hərbi variant gələn il də daim gündəmdə saxlanılacaq”, -
deyə o bildirib.
Asif
-
Rəsmi xronika12:14İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO
-
MDB12:03Lixaçev Putinə hesabat verdi: Ermənistanı tərk edə bilmərik
-
Sosial11:27Müəllimin həbsi ilə bağlı Qarabağ Universitetindən AÇIQLAMA
-
Kriminal11:00Məşhur qəzetin əməkdaşı parkda güllələndi - Qayınatası və qayınanası saxlanıldı
-
Hadisə10:39Qarabağ Universitetinin müəllimi həbs olundu
-
Sosial10:0633 nömrəli avtobusda sərnişinlərlə sürücü arasında dava - VİDEO
-
İqtisadi gündəm09:12Avro və rubl ucuzlaşdı - MƏZƏNNƏ
-
Ekologiya08:37Azərbaycanda hava dəyişir: Temperatur daha da düşəcək - İlk qar yağacaq











.jpg)
.jpg)
.jpg)





.jpg)















.jpg)
.jpg)
