Nida Təhlil
Elxan Şahinoğlu: “Rusiya bu dəmiryolunu Krıma qədər uzatmaq istəyir”
“Rusiya “Şimal-Cənub” dəmiyolunu Krıma qədər uzatmaq
istəyir”.
Publika.az xəbər verir ki, bu barədə politoloq Elxan
Şahinoğlu deyib.
Onun sözlərinə görə, Rusiya 2014-cü ildə Krımı işğal etdikdən sonra
qarşısına məqsəd qoyub: “Dünya dövlətlərinə Krımı Rusiya ərazisi
kimi tanıtdırmaq lazımdır. Moskva 5 ildir bu məqsədə nail olmaq
üçün müxtəlif vasitələrdən istifadə edir. Birincisi, Moskva xarici
ölkələrin siyasətçilərinin və deputatların Krıma səfərlərini təşkil
edir. Bəziləri Krıma səfər edirlər. Ancaq xarici ölkələrin
siyasətçilərinin və deputatlarının əksəriyyəti Krıma getməkdən
imtina edir. İkincisi, Moskva Krımda müxtəlif beynəlxalq konfrans
və seminarlar təşkil edir. Həmin tədbirlərdə iştirak edən şəxs
Krımı Rusiya ərazisi kimi qəbul etmək məcburiyyətində qalır. Ancaq
Moskva bu məsələdə də böyük nailiyyət əldə etməyib. Xarici
ölkələrdən Krımdakı konfranslarda çox az nümayəndə iştirak edir.
Üçüncüsü, Moskva adi turistlərin də Krıma səfərlərini təşkil etməyə
çalışır. Məsələn, bəzi xarici turizm şirkətləri ilə müqavilə
bağlanır ki, onlar Krıma turlar təşkil etsinlər. Dördüncüsü, Moskva
bir sıra regional layihələrdə Krımın da iştirakına çalışır.
Beşincisi, Moskva Krımda istehsal olunan malları xarici ölkələrdə
satışa çıxarmağa çalışır. Ayrıca, Krımı Rusiya ərazisi kimi
göstərən atlaslar satışa çıxarılır”.
E. Şahinoğlu qeyd e dib ki, Azərbaycan Krımı Ukrayna ərazisi kimi
tanıyır.
“Buna baxmayaraq, bəzən Azərbaycanda Krımda istehsal olunan mallara
və atlaslara rast gəlinir. Bundan başqa, hansısa turizm şirkəti
Krıma səfərlər təşkil edir. Belə məlumatlar ictimailəşəndə
Azərbaycanın dövlət strukturları bunların qarşısını alır. Yəni,
mağazalardan Krımda istehsal olunan mallar çıxarılır, turizm
şirkətlərinə xəbərdarlıq edilir. Bu, təqdirəlayiqdir. Moskvanın
növbəti planı Fars körfəzi və Xəzərlə Qara dəniz arasında nəqliyyat
xətti yaratmaqdır. İrandakı limanlardan Krımdakı limanlara mal
daşınması nəzərdə tutulub. Mallar İrandan Xəzər dənizindəki limana,
buradan Volqa-Don çayı ilə Qara dənizə və Krıma çatdırılmalıdır.
Moskva bu marşruta Azərbaycanın və digər dövlətlərin qoşulmasını da
istəyir. Rusiya istəyir ki, bu marşrutla yalnız İran deyil,
Azərbaycan və Yaxın Şərq ölkələrinin malları da daşınsın.
Azərbaycan bu təklifə razılaşa bilməz. Çünki bu halda Azərbaycan
Krımı Rusiya ərazisi kimi tanımış olacaq. Dağlıq Qarabağ kimi
problemi olan Azərbaycan bir başqa separatçı bölgə ilə əməkdaşlıq
edə bilməz. Azərbaycan şimal (Rusiya) – cənub (İran) nəqliyyat
dəhlizinin tərkib hissəsidir və dəmiryolunun fəaliyyətə başlamasını
istəyir. Azərbaycan özü bu marşrutla Krıma mal daşınmasının
əleyhinə olmalıdır. Buna baxmayaraq, Rusiya bu dəmiryolunun bir
hissəsini Krıma qədər uzatmağa çalışacaq. Bu mümkündür. Rusiya
2018-ci ildə Krıma körpü çəkdi. Həmin körpüdən dəmiryolu da keçir.
Yəni Moskva gələcəkdə şimal-cənub dəmiryolunun bir hissəsini Krıma
qədər uzada bilər”, - deyə o bildirib.
Politoloq bildirib ki, “Şimal-Cənub” dəmiryolunun Krıma birləşdirilməsi Azərbaycanın təhlükəsizlik siyasətinə ziddir: “Çünki Azərbaycanın özü xarici şirkətlərin Dağlıq Qarabağla iqtisadi və ticarət əlaqələrinə qarşı çıxır və faktlara qarşı mübarizə aparır. Ona görə də rəsmi Bakı şimal-cənub dəmiryolunun Krımla əlaqəli hissəsində iştirak etməməlidir. Şimal-cənub layihəsi Azərbaycan üçün 2 səbəbdən vacibdir: Birincisi, Avropadan və Rusiyadan mallar Azərbaycandan İrana və oradan da digər Şərq ölkələrinə çatdırılacaq. İkincisi, Şərq ölkələrinin və İranın malları Azərbaycan üzərindən Rusiyaya və Avropaya çatdırılacaq. Bununla Azərbaycanın həm bölgədəki rolu, həm də gəlirləri artacaq. Ancaq rəsmi Bakı “şimal-cənub” marşrutun işlənməsində Krımın hansısa şəkildə iştirakına razılıq verməmişdi. Rusiya dəmiryolu ilə Krıma mal daşıyır. Heç bir ölkə buna mane ola bilmir. Rəsmi Bakının da buna mane olması problematikdir. Hətta Azərbaycanın dəmiryolu ilə Rusiyaya ixrac etdiyi kənd təssərrüfatı məhsullarının Krımda da peyda olması mümkündür. Rusiyaya ixrac edilən meyvə və tərəvəz mallarının Krıma göndərilməsinə nəzarət etmək çətindir. Ancaq hər halda biz öz mallarımızın Krımda peyda olmasına yol verməməliyik. Əks halda, Azərbaycan-Ukrayna münasibətlərində problemlər yarana bilər. Çünki rəsmi Bakı Dağlıq Qarabağda istehsal olunan malların Ukrayna ərazisində satışa çıxarılmasını istəmir. İranın Rusiyanın təklifinə necə yanaşacağı isə bilinmir. BMT-də 2018-ci ilin dekabr ayında Krımla bağlı son səsvermədə İran nümayəndəsi Rusiya və Ermənistan nümayəndəsi kimi Ukraynanın irəli sürdüyü qətnamənin əleyhinə səs verdi və belə çıxdı ki, Tehran Krımın Ukraynana bağlılığını qəbul etmir. Ona görə mümkündür ki, İran gələcəkdə Rusiyanın təklifi ilə razılaşsın. Belə olan halda İranla Ukrayna arasında münasibətlər gərginləşəcək”.
-
Sosial17:25
Məktəblərdə telefondan istifadə qadağan edildi
-
Region17:07
ABŞ Ermənistana bu qədər sərmayə qoyub - Departament açıqladı
-
Sosial16:35
İlham Əliyev iki fərman imzaladı
-
Hadisə16:08
Əsgərimiz özünü öldürüb - FOTO/RƏSMİ
-
Rəsmi xronika15:16
İlham Əliyev türkiyəli aktyoru təltif etdi - FOTO
-
Kriminal14:18
Atası oğlunu öldürəni bağışlamışdı, amma... - Məhkəmə qərar verdi
-
ABŞ13:22
Dünyanın ən varlı 3 milyarderi andiçmədə Trampın yanında olacaq: Bu qədər pul veriblər
-
Region12:40
Xamenei adamını gizli şəkildə Moskvaya göndərdi - İran çıxılmaz vəziyyətdə