Nida Təhlil
İrəvan TƏŞVİŞ İÇİNDƏ: Qarabağda mövqelər Azərbaycanın əlinə keçir - Erməni EKSPERT
“Vəziyyət dəyişməsə, Ermənistan rəhbərliyinin
təcrübəsizliyi ciddi nəticələrə səbəb olacaq”.
Publika.az xəbər verir ki, bu barədə erməni politoloq
Ervand Bozoyan deyib.
Bozoyan Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin
Ermənistana səfərini xatırladıb qeyd edir ki, bu səfərin əsas
məqsədi İrəvanın Qarabağla bağlı aydın olmayan mövqeyini öyrənmək
idi.
“Davos görüşü və Boltonun zəngindən sonra münaqişə ətrafında
prosesin getdiyi təəssüratı yaranıb. Ermənistan ictimaiyyətində
narahatlıq var. Rusiyada da Qarabağ münaqişəsinin nizama
salınmasında təşəbbüsün ABŞ-a keçməsi ilə bağlı narahatlıq yaranıb.
Rusiya Ermənistanın mövqeyini anlamağa çalışır”, - deyə o
bildirib.
Onun sözlərinə görə, Rusiya yaxın perspektivdə nəyi gözləməli
olduğunu, danışıqlar prosesi çərçivəsində Ermənistanın mövqeyinin
nədən ibarət olduğunu anlamaq istəyir: “Paşinyanın "sülh
qarşılığında ərazi formulu" üzrə danışıqlar aparmamasına dair
bəyanatı Azərbaycanı ciddi şəkildə təəccübləndirib. Həm Azərbaycan,
həm də Ermənistanın ekspert dairələrində nələrin baş verməsinə dair
təsəvvür yoxdur. Hazırda kifayət qədər ziddiyyətli proses gedir,
danışıqların əsaslandığı prinsiplər aydın deyil. Erməni rəhbərliyi
Madrid prinsiplərini dəyərləndirməkdən yayınır, lakin digər bazis
də göstərmirlər”.
Bozoyan xatırladıb ki, Ermənistan tərəfi Dağlıq Qarabağ adından
danışıqlar aparmayacağını bildirirdi: “Lakin XİN rəhbərləri 4 dəfə
görüşüb. Onlar nədən danışıblar? Hava haqqında danışdıqlarını
düşünmürəm. ATƏT-in Minsk qrupunun həmsədrlərinə gəldikdə isə, hər
bir həmsədr ölkə əsas vasitəçi missiyanı öz üzərinə götürmək
istəyib. Vaşinqton, Paris və Moskva daim bu məsələ də bir-birini
əvəzləyib. Ermənistanda hakimiyyət dəyişdikdən sonra “Bolton
modeli” formalaşdı. O, regiona səfərindən sonra münaqişənin
tezliklə həllinin vacibliyini vurğulayaraq danışıqlar prosesində
aktiv şəkildə iştirak etməyə başladı. Bu mərhələdə ABŞ-ın aktivliyi
Rusiyada narahatlıq yaratdı. Lakin nə Moskva, nə də Vaşinqton
Yerevanın mövqeyini anlayır ki, Ermənistanın güzəştlər məsələsində
“qırmızı xətti” hansıdır”, - deyə politoloq vurğulayıb.
Ekspert qeyd edib ki, bu reallıq Ermənistanın danışıqlar prosesində
“fundamental üstünlüyünü” itirməsinə gətirib çıxarır: “Bu prosesin
davam etməsi həmsədrlər üçün Yerevan və Bakını bərabərləşdirəcək.
Lakin əvvəllər ilk növbədə güzəştlər Azərbaycan tərəfindən
gözlənilirdi. Bu həm Kazanda, həm Madriddə, həm də Ki-Uestdə belə
olub”.
-
Sosial23:36Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu
-
Magazin222:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin221:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto



































.jpg)