Nida Təhlil
Paşinyanın iki YOLU QALDI: Ya “Bolton planı”, ya da Qarabağda MÜHARİBƏ
Dağlıq Qarabağda “ərazilər əvəzinə sülh” variantı
üzərində razılıqların əldə olunması haqqında məlumatlar yayıldığı
vaxt Ermənistanın baş naziri Nikol Paşinyanın səsləndirdiyi əks
fikirlər prosesi mürəkkəbləşdirdi. Faktiki olaraq, Paşinyanın
mövqeyi danışıqlardan imtina etmək deməkdir. Paşinyan “Bolton
planı” olaraq qəbul edilən bu variantdan niyə imtina edir?
Publika.az xəbər verir ki, Ermənistanda “İctimai
diplomatiya” mərkəzinin koordinatoru, politoloq Beniamin Matevosyan
Paşinyanın bu yanaşmasının səbəblərini açıqlayıb.
Erməni politoloq hesab edir ki, Paşinyan Levon Ter-Petrosyanın
taleyini yaşamaqdan qorxur.
“Bu gün Paşinyanın Qarabağda müttəfiqləri yoxdur. Qarabağdakı rejim
onunla birlikdə hərəkət etmir. O, bu planın həyata keçirilməsində
yalnız Levon Ter-Petrosyanın dəstəyinə bel bağlaya bilər. Paşinyan
anladı ki, əgər o, “Bolton planı”nı reallaşdıracaqsa, heç bir
dəstək almayacaq və 1998-ci ildə Levon Ter-Petriosyan kimi
hakimiyyəti itirəcək. İndi o gözləmək və müharibənin başlamaması
üçün Rusiya və Avropadan dəstək almaq istəyir”, - deyə o
bildirib.
Matevosyanın sözlərinə görə, Ermənistan indi dalana dirənmiş
vəziyyətdədir: “Bir tərəfdən, Rusiya ilə münasibətlər kəskinləşib,
digər tərəfdən, ABŞ planının reallaşmamasına görə qəzəblidir, o
cümlədən, Azərbaycan danışıqların baş tutmamasına görə hərbi
varianta əl ata bilər. Paşinyan bu vəziyyətdən çıxa biləcəkmi? Bu
sualın cavabını zaman göstərəcək”.
Asif
-
Sosial23:36Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu
-
Magazin222:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin221:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto



































.jpg)