Nida Təhlil
Paşinyandan Qarabağla bağlı GÖZLƏNİLMƏZ MÖVQE: Azərbaycan tərəfi danışıqlarda...
Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı absurd və şübhəli açıqlamalar verib.
Publika.az xəbər verir ki, Paşinyan əvvəlki kimi “Dağlıq
Qarabağ xalqı”nın öz taleyinin təyin edilməsində iştirakının vacib
olduğunu, buna görə də danışıqlar masasında tərəf kimi çıxış etməsi
fikrini səsləndirib.
O, Azərbaycanın mövqeyinə toxunub və qeyd edib ki, Bakı “Qarabağ
nümayəndələrinin” danışıqlarda iştirakına belə reaksiya verir:
“Əgər erməni tərəfi danışıqlara Qarabağ nümayəndələrini cəlb
edəcəksə, onda Bakı da Qarabağın Azərbaycanlı İcmasının iştirakında
təkid edəcək. Əslində, bu mövqe aydınlaşdırılmalıdır. Çünki
Qarabağın Azərbaycanlı İcması Azərbaycanda keçirilən bütün
seçkilərdə iştirak ediblər, buna görə də Azərbaycan prezidenti,
hökuməti və parlamenti bu insanların adından danışıqlar aparmaq
mandatına malikdirlər. Əgər Qarabağın Azərbaycanlı İcması
danışıqlarda tərəf kimi iştirak edirsə, onda belə çıxır ki,
Azərbaycan hakimiyyəti danışıqlarda bütün Azərbaycan dövlətini
təmsil edə bilməz. Əgər belə deyilsə, o zaman, bu icma tərəf kimi
iştirak edə bilməz”.
Paşinyan bu açıqlaması ilə özünü də ifşa etmiş olur: ya o,
danışıqların mahiyyətindən məlumatsızdır, ya da danışıqları pozmaq
üçün özünü belə göstərir. Çünki Qarabağın azərbaycanlı və erməni
icmalarının iştirakı məsələsi 1994-cü ildə Bişkekdə imzalanan
atəşkəs sazişində öz əksini tapır. Bununla yanaşı, Qarabağda
qondarma “dövləti” Ermənistan yaradıb, Azərbaycan deyil,
Ermənistandan fərqli olaraq, Dağlıq Qarabağ Azərbaycan dövlətinin
ərazisidir, Qarabağın azərbaycanlı və erməni sakinləri Azərbaycan
Respublikasının vətəndaşları olublar və bu, Azərbaycan Prezidentinə
bütün dövlətin adından danışmaq hüququ verir.
Asif
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Sosial1 Noyabr 23:36Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı



































.jpg)