Nida Təhlil
Paşinyan Qarabağı qaytarmaq istəyir, amma... - Putinin adamından SENSASİON SÖZLƏR
“Paşinyan Qarabağ nümayəndələrinin danışıqlar masasında
iştirakını ona görə istəyir ki, ərazilərin qaytarılması məsələsində
məsuliyyəti onlarla bölsün”.
Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin
səlahiyyətli nümayəndəsi, Strateji Tədqiqatlar İnstitutunun
direktoru Sergey Markov deyib.
Politoloq qeyd edib ki, Paşinyan necə hərəkət edəcəyini bilmir.
“Bir tərəfdən o güzəştlərə hazırdır, digər tərəfdən məsuliyyəti öz
üzərinə götürməkdən qorxur. Hətta “Qarabağ klanı”nın üzvləri Robert
Koçaryan və Serj Sarkisyan məsuliyyəti üzərlərinə götürməkdən
çəkinirdilər. Nikol Paşinyan da qorxur, xüsusilə o, “Qarabağ
klanı”nın rəqibidir, Qarabağ məsələsinə yaddır və rəqibləri onu
əraziləri qaytarmağa hazırlaşmaqda ittiham edirlər”, - deyə o
bildirib.
Markov hesab edir ki, Paşinyan yaranmış şəraitdə ən qazanclı
mövqeyə sahib olmaq üçün vaxtı uzadır: “Hələ ki Azərbaycan və
Ermənistan arasında mübahisə gedir. İrəvan danışıqlara Qarabağ
nümayəndələrinin cəlb edilməsinə çalışır, Bakı bunu bloklayır.
Onsuz da nə Azərbaycan, nə də beynəlxalq ictimaiyyət Paşinyanın
istəyini qəbul edəcək. Paşinyan danışıqlara iki formatı daxil
etməyə çalışır: Ermənistan və Azərbaycana qarşı Qarabağın erməni
icması. Lakin burada heç bir məntiq yoxdur. Dağlıq Qarabağın
azərbaycanlı icması müharibədə öz evlərindən qovulublar və onların
torpaqları işğal altındadır. Əgər erməni icması danışıqlarda
iştirak edirsə, o zaman azərbaycanlı icması da iştirak etməlidir.
Digər tərəfdən, Paşinyan üçün danışıqlardan yayınmaq çətinləşib,
çünki Ermənistanda siyasi burulğan sona çatdı. Əgər sülh
danışıqlarında vəziyyət dəyişməsə, o zaman, müharibənin yenilənməsi
ehtimalı böyükdür”.
Asif
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Sosial1 Noyabr 23:36Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı



































.jpg)