Nida Təhlil
SENSASİYA: Bakı və İrəvan məxfi Qarabağ danışıqları aparır - İllər sonra İLK ANLAŞMA
Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağın
taleyi haqqında gizli danışıqlar başlandı.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın “lenta.ru”
saytı yazıb.
Məqalədə bildirilir ki, münaqişə ətrafında vəziyyət dəyişib,
tərəflər hərbi bəyanatlardan nisbi sakitliyə keçiblər: “Mümkündür
ki, tərəflərdən birində inandırıcı arqumentlər var, yaxud kimsə
güzəştə getməyə qərara gəlib. Bəlkə də bu münaqişənin müharibə
olmadan həmişəlik həlli üçün tərəflər razılığa gəliblər. Erməni
müşahidəçilərinin məlumatına görə, 2018-ci ilin son 130 günü
ərzində Qarabağda, yaxud Ermənistan-Azərbaycan sərhədində heç bir
erməni əsgəri rəqibin gülləsindən həlak olmayıb, sakitlik bu gün də
davam edir. Bunun fonunda hər iki tərəfin ritorikası da yumşalıb.
Nə vaxtda İrəvan və Bakının belə yumşalmasını xatırlamaq çətindir.
Lakin Ermənistanda hakimiyyət dəyişəndən sonra erməni baş nazir
Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə bir neçə
qeyri-rəsmi görüş keçirdi və bundan sonra tərəflərin yumşaq tona
keçdiyi müşahidə olunur. İki ölkənin xarici işlər nazirləri isə tam
protokol formada görüşlər keçirirlər. Dekabrda Milanda keçirilən
görüşdən sonra Elmar Məmmədyarov sensasiyalı bəyanatla çıxış etdi:
“Hesab edirəm ki, son görüşdə biz erməni həmkarımla uzun illər
ərzində ilk dəfə qarşılıqlı anlaşmaya nail olduq”. Buna cavab
olaraq, Zoqrab Mnatsakanyan Məmədyarovu təriflədi”.
Sayt qeyd edir ki, tərəflər bağlı qapılar arxasında münaqişənin
həllini yaxınlaşdıra biləcək nəsə yeni məsələləri müzakirə
edirlər.
“Belə təəssürat yaranır ki, ya “Madrid prinsipləri” gündəlikdən
çıxarılıb, ya da bu sənəd üzərində ciddi şəkildə işlənilir.
Görünür, yeni prinsipləri həmsədrlər yox, birbaşa münaqişə
tərəfləri hazırlayıb. Mnatsakanyan azərbaycanlı həmkarı ilə
görüşdən sonra “Parisdə və Davosda keçirilən görüşlərimiz olduqca
əhəmiyyətlidir. Bu görüşlər əsasında biz vasitəçilərlə müzakirələrə
başlayırıq”, - deyə bildirdi. Başqa sözlər, Bakı və İrəvan
münaqişənin həllində təşəbbüsü öz əllərinə alıblar”, - deyə
məqalədə qeyd olunur.
Asif
-
Qoroskop00:00Günün ULDUZ FALI - Səbrinizin mükafatını alacaqsınız
-
İdman23 İyun 23:06DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi - YENİLƏNDİ
-
Magazin123 İyun 23:00Zarina məzun oldu - FOTO
-
Elm və təhsil23 İyun 22:24Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?
-
İdman23 İyun 22:12Ronaldo dünya çempionatları REKORDUNU QIRDI
-
Hadisə23 İyun 20:36Ağcabədidə itkin düşən əmioğlular paytaxtda tapıldılar - FOTO/YENİLƏNDİ
-
İKT23 İyun 20:24"ChatGPT" və "Claude" ÇÖKDÜ
-
Avropa23 İyun 18:50Fransada qırmızı təhlükə səviyyəsi - Eyfel qülləsinə giriş bağlandı


































