Nida Təhlil
Paşinyanın yeni oyunu, Qarabağda dəhşətli MÜHARİBƏYƏ DOĞRU - Politoloq AÇIQLADI
Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakla birgə keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını istəyir. O bildirib ki, münaqişə erməni xalqına əziyyətdən başqa bir şey verməyib.
“Biz hər dəfə qarşı tərəflə görüşdə Madrid prinsipi çərçivəsində münaqişənin həllində hansısa irəliləyişə nail olmaq istəyirik. Biz hər zaman erməni və Azərbaycan xalqını sülhə hazırlamaq üçün iş qururuq. Almaniya QHT-sinin hazırladığı reportajda münaqişə həll olunandan sonra birinci ildən iqtisadi inkişafa nail olacağımız qeyd olunub. Ermənistan tərəfinin, eləcə də baş nazirin son çıxışları pozitiv danışmağa imkan vermir. Ona görə də biz özümüz təhlil edək ki, danışıqlarda hansı istiqamətdəyik. Layçakdan da xahiş etdim, Ermənistanda öyrənsin ki, biz xalqı sülhə hazırlayaq, ya müharibəyə?”-, nazir qeyd edib.
E.Məmmədyarovun bu çıxışını Publika.az-a şərh edən siyasi şərhçi İlqar Vəlizadə bildirir ki, nazir haqlı olaraq bu sualı İrəvana ünvanlayır. Çünki Ermənistanın baş naziri danışıqlar masasına oturmaqdan boyun qaçırır:
“Son aylar ərzində tərəflər intensiv olaraq danışıqlar aparırdılar. Hətta bu ərəfələrdə Azərbaycan prezidenti ilə Ermənistanın baş nazirinin görüşü planlaşdırılırdı. Lakin Ermənistan tərəfindən səsləndirilən son bəyanatlar göstərdi ki, onlar bu görüşə hazır deyil. Paşinyan bütün imkanlarından istifadə edərək danışıqlara getmək istəmir. Niyə? Çünki son aylar ərzində danışıqlar prosesində Azərbaycanın maraqlarına uyğun müəyyən müsbət irəliləyişlər qeydə alınıb. Həmin nəticələr Minsk qrupu tərəfindən qaralama mətni şəklində qeyd edilərək saxlanılıb. Və danışıqlar prosesinin yeni mərhələsinin başlanmasını bu qaralamaların üzərində aparmaq niyyətində olduqlarını deyiblər. Məsələ burasındadır ki, münaqişə tərəfləri buna razılıq verməlidirlər. Azərbaycan tərəfi bu və ya digər şəkildə, şərti olaraq yeni gündəmlə razılaşıb. Amma Ermənistan tərəfi razılıq verməyib. Çünki gündəmdə Azərbaycanın Qarabağ icmasının danışıqlar prosesində yer alması təklif edilir və onlar burada Ermənistan icması ilə danışıqlar aparmağa imkanlar qazanırlar. Doğrudur, Azərbaycan-Ermənistan formatı dəyişmir. Amma burada həm də hər iki ölkənin nümayəndə heyəti tərkibində Dağlıq Qarabağ ermənilərinin və azərbaycanlılarının iştirakı nəzərdə tutulur. Ermənistan bu formatı bəyənməyib. Məhz buna görə də Paşinyan masaya oturmaqdan boyun qaçırır. Belə vəziyyətdə, əlbəttə ki, Azərbaycan ATƏT-in Minsk qrupunun həmsdərlərinə üz tuta bilər. Ermənistanın qeyri-konstruktiv mövqedən çıxış etməsini göstərməklə aşkarlanır ki, bütün hadisələrin mənfi yönə doğru inkişafının məsuliyyətini Ermənistan tərəfi daşımalıdır. Cənab nazir haqlı olaraq Ermənistana “biz xalqı sülhə hazırlayaq, yoxsa müharibəyə” sualını ünvanlayır. Bu, ritorik sual olmasına baxmayaraq, eyni zamanda, praktiki əhəmiyyət daşıyır. Əgər biz bundan qabaq apardığımız danışıqlarda konkret nəticələrə gəlmişiksə, indi bu nəticələrə uyğun davranmayıb neynəməliyik?”
Zümrüd
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































