Nida Təhlil
Azərbaycanın işğal olunmuş torpaqlarında "Ölməz alay"... - Ermənilərdən ŞOK ADDIM
Ermənistan 9 May faşizm üzərində qələbə günü münasibətilə keçiriləcək aksiyada Dağlıq Qarabağla bağlı şüarlar səsləndirməyə hazırlaşır.
9 may tarixi hər il faşizm üzərində qələbə günü kimi qeyd olunur. Postsovet məkanında bütün respublikalar bu tarixdə II Dünya müharibəsində faşizmə qarşı mübarizədə həlak olanları yad edir və həmrəylik olaraq “Ölməz alay” yürüşünü keçirir.
Lakin ilk dəfə Ermənistan 9 May tarixini düşmənçilik simvoluna çevirməyə hazırlaşır. Belə ki, “Ermənistanın Ölməz alayı” ictimai təşkilatının rəhbəri Qoar Qumaşyan bu il İrəvanda keçiriləcək yürüşün dünyanın digər ölkələrindəki analoji yürüşdən fərqlənəcəyini açıqlayıb. “9 Mayda insanlar I Qarabağ müharibəsi və “aprel müharibəsi”nin “qəhrəmanlarının” şəkilləri ilə yürüşə çıxacaqlar. Ermənistanın faşizm üzərində qələbə günündə keçirəcəyi yürüş digər ölkələrdən bununla fərqlənəcək”, - deyə o bildirib.
Yürüş təkcə İrəvanda yox, Gümrüdə, Vanadzorda, Kapanda, İcevanda və Azərbaycanın işğal altındakı Xankəndi şəhərində də keçiriləcək.
Publika.az-a məsələ ilə bağlı açıqlama verən politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli bildirir ki, bu kampaniya erməni xislətinə yad olmayan təşəbbüsdür:
“9 May faşizm üzərində - dünyanın üzərinə qara bulud kimi çökən qorxunun üzərində qələbənin əldə olunması ilə əlaqədar qeyd olunan gündür. Bu, faktiki olaraq, II Dünya Müharibəsinin bir simvoludur. Ermənilər əgər Qarabağ müharibəsini də faşizm üzərində qələbə ilə, Azərbaycan torpaqlarını işğalını faşist işğalı ilə eyniləşdirirlərsə, onda bəlkə də bu tədbirə Qarabağ müharibəsinin qatılmasının da simvolik əlaməti ola bilər. Amma bunlar tamamilə fərqli anlayışlardır. II Dünya Müharibəsi yüksəlməkdə olan və dünyanı öz himayəsi altına almaq istəyən kommunizm ideyası ilə bu ideyaya qarşı amansız mövqedə dayanan faşizm arasında ölüm-dirim savaşı idi. Üstəlik, həm də özündə imperializmi, dünyanın yenidən bölüşdürülməsini və dünya üzərində ağalıq edilməsi kimi ideyalarla həyata keçirilirdisə, ermənilər Sovet imperiyası dağılandan sonra xaincəsinə əvvəlcə öz ərazilərində yaşayan sonuncu azərbaycanlıları ağır şərtlər altında deportasiya etdilər. Daha sonra Azərbaycan torpaqlarını işğal etdilər. 1 milyondan çox insanı etnik təmizləməyə məruz qaldı. Əgər Xocalı tragediyasını da bura əlavə etsək, müxtəlif ərazilərdə azərbaycanlıların başına gətirilən müsibətlər faşistlərin II Dünya Müharibəsi zamanı yəhudilərin başına gətirilən müsibətlərdən qat-qat ağır idi”.

Politoloq qeyd edir ki, Ermənistan indi utanıb-çəkinmədən faşist ideologiyasının daşıyıcıları olduğu halda, Qələbə paradına – insanlığın işğalçılıq, zülm üzərində qələbəsinə qoşulub bayram etmək istəyir: “Halbuki, onlar özləri 21-ci əsrdə anti-bəşəri, insanın mahiyyətinə zidd olan ideologiyanın daşıyıcılığını həyata keçirirlər. Həyasızlaşmış, bütün insani keyfiyyətlərini itirmiş, lakin dünya qarşısında quyruq bulayaraq yaltaqlıq edən Ermənistan əslində çox böyük cinayət törətmiş xalqa malikdir. Belə cinayətin analoqu yox dərəcəsindədir. Olsa da, öz nüanslarına görə erməni faşizmi yanında sönük qalar. Adamın üzündə su olar. Üzündə su olmayan, utanmaq hissini itirmiş bu xalq faşizm üzərində qələbəni Azərbaycan xalqı üzərində soyqırım törətməklə eyni müstəviyə qoyur”.
Zümrüd
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





