Nida Təhlil
Azərbaycana gələn hər kəs dövlətimiz tərəfindən təminatını alır - Millət vəkili
“Kimliyindən asılı olmayaraq, Azərbaycana gələn hər kəs dövlətimiz tərəfindən təminatını alır. Avropa Liqasının Bakı finalı da bir daha bunu sübut etdi”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Avropa Liqasının Bakıda keçirilən final oyunu ilə bağlı danışarkən deyib.
Deputat bildirib ki, final matçını oğlu və nəvələri ilə birlikdə tribunadan izləyib: “İlk növbədə qeyd edim ki, çox yüksək səviyyədə təşkilatçılıq vardı. Hər şey nəzərə alınmışdı. Heç bir əziyyət çəkmədən stadiona daxil olduq. Nəyisə axtarmağımıza ehtiyac qalmadı. Könüllülər yerimizə qədər bizi yola saldı. Stadionda çox gözəl ab-hava var idi. Həm “Çelsi”nin, həm də “Arsenal”ın fanatları gözəl əhval yaratmışdılar. Çox yüksək səviyyəli tədbir keçdi. Bu, bir daha göstərdi ki, Azərbaycan, doğrudan da, stabil və müstəqil dövlətdir. Bütün qarayaxmalara baxmayaraq, yüksək səviyyədə oyun keçirildi. “Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryanın Bakıya gəlməməsi məsələsi isə ermənilərin bir oyunu idi. Kimliyindən asılı olmayaraq, Azərbaycana gələn hər kəs dövlətimiz tərəfindən təminatını alır. Avropa Liqasının Bakı finalı da bir daha bunu sübut etdi”.
Millət vəkili oyun günü turistlərin Bakıya kütləvi axınına şahid olduğunu diqqətə çatdırıb:
“Stadionda turistlərin sayı həddən artıq çox idi. Həm İngiltərədən, həm Rusiyadan, həm Orta Asiyadan xeyli əcnəbi var idi. Gələn turistlər də Bakıda hotellərdə qalırlar, müəyyən vəsait xərcləyirlər. Bu da ölkəyə əlavə gəlirin daxil olması deməkdir. Belə tədbirlərin baş tutması bizim üçün siyasi baxımdan da əhəmiyyətlidir. Bu cür beynəlxalq əhəmiyyətli tədbirləri təşkil etmək o qədər də asan məsələ deyil. Çünki burada müəyyən hadisələr baş verə bilərdi. Amma Azərbaycanın təhlükəsizlik orqanları bunun öhdəsindən layiqincə gəldilər. Ölkəmiz belə tədbirləri keçirməyə hazırlıqlıdır”.
Qeyd edə ki, Avropa Liqasının finalında "Çelsi" "Arsenal"ı 4:1 hesabı ilə məğlub edib.
Zümrüd
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






.jpg)











.jpg)















.jpg)
.jpg)