Nida Təhlil
Ya xalq olacaqsınız, ya da onların ayağı altındakı pillə...
“Bütün məsuliyyət onların üzərinə düşəcək”, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq xəbərdarlıq edir, lakin onlar iğtişaş törətməkdə, qanlı qarşıdurma yaratmaqda israrlıdırlar. Çünki küçə döyüşləri və vətəndaş qarşıdurması onlar üçün siyasi mövcudluq, xarici havadarlarının verdiyi tapşırıqların yerinə yetirilməsi və “bəlkə alınar” ümidi ilə hakimiyyətə gəlmək vasitəsidir.
2003-cü ildə bunu dəyənəklərlə etmək istədilər, 2005-ci ildə “narıncıya” büründülər, 2013-ci ildə gəncləri qızışdırıb küçələrə çıxartdılar, yenə həmin ildə qonşu ölkələrin “müdaxiləsi”nə bel bağladılar, 2015-ci ildə bu ölkədə “şəriət rejimi” qurmaq istəyənlərlə anlaşdılar, 2018-ci ildə söyüşə sığındılar, 2019-cu ildə piketi “küçə müharibəsi”nə çevirməyə cəhd göstərdilər. Və budur, sabah – 19 oktyabrda yeni iğtişaşlara hazırlaşırlar.
Zaman axır, onlarsa dəyişmir və 90-cı illərin qanlı təcrübəsini yenidən paytaxt küçələrində tətbiq etmək istəyirlər. Çünki yeganə bildikləri və bacardıqları qarşıdurma yaratmaq, iğtişaş törətmək və vətəndaş müharibəsi üzərindən siyasi qazanc əldə etməkdir. 90-cı illərdə siyasi ambisiyaları naminə bu ölkədə vətəndaş müharibəsini körükləyən təfəkkür indi eyni teatrı yenidən səhnələşdirmək niyyətini gizlətmir.
Məqsəd xalqın rifahı, xalqın marağı deyil, məqsəd özlərinin şəxsi maraqları və nə qədər qazanacaqlarıdır, 90-cı illərdə olduğu kimi... Təcrübə təsdiqləyir ki, istənilən iğtişaş və xaosun qazananı onun müəllifləri, itirəni isə xalq olur. Və xalq onlar üçün ayaqlarını çiyinlərinə dayayıb hakimiyyət zirvəsinə tullanmaq üçün tramplindən başqa bir şey deyil.
Şərqi Avropada baş verənləri, ərəb ölkələrinin üzləşdiklərini, Suriyada olanları bir kənara qoyaq, bu ölkədə 90-cı illərdə yaşananları, 2003-cü ildə etdiklərini də rəfə qaldıraq, günümüzə, 10 gün öncəyə - 8 oktyabrda baxaq. Əli Kərimli 50 nəfərlik piketi küçə yürüşünə, tin müharibəsinə çevirmək istəmədimi?!
Piket adı ilə ora topladığı insanlar ərazidə normal həyatın axarını pozduqları üçün digər insanların qəzəbindən başqa nəsə qazandımı?! Yaxud Əli Kərimlinin beynini doldurub ora göndərdiyi cəbhəçi partiyanın kiflənmiş iyerarxiyası altında əzilməkdən xilas ola bildimi? Cavablar məlumdur.
Hadisə yerinə gəlməyən və baş verənləri evindən izləyən Əli Kərimlinin qazandıqları da məlumdur: xaricdə bəlli dairələrə “siyasi varlığını” göstərdi; dünyanın müxtəlif məkanlarında kütləvi iğtişaşlar üçün ayrılan məlum vəsaitdən payını aldı; sosial şəbəkə hesabında “özünüreklam” kampaniyası üçün materiallar topladı;
Piketi qanunsuz küçə yürüşünə çevirmək istəyən Əli Kərimli qanun qarşısında məsuliyyət hədəfinə çevrildimi? Xeyr, çünki teatrda rejissorun səhvləri aktyorları tamaşaçıların hədəfinə çevirir, eynilə Əli Kərimli də digərlərini qanununu pozmağa sövq edərək, məsuliyyəti üzərindən atdı.
Hadisələrin inkişafı göstərir ki, 8 oktyabrda piket adı ilə iğtişaşa cəhd 19 oktyabrda qarşıdurma oyununun ilkin məşqi idi. 8 oktyabrda “küçə döyüşünün” məşqini edən Əli Kərimli sabah paytaxt küçələrinə 90-cı illərin qaranlığını gətirmək niyyətindədir. Onun gerçək məqsədi mitinq keçirib, sərbəst toplaşmaq azadlığından istifadə etmək olsaydı, rəsmi qurumların mitinq üçün ayırdığı yerə gedərdi, lakin o, qanunlara tabe olmaqdan israrla boyun qaçırır.
Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq tələbinə müsbət cavab verdi və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun müvafiq müddəalarına əsaslanaraq, digər insanların hüquqlarının pozulmaması, ictimai nəqliyyatın hərəkətinə maneənin yaranmaması üçün Lökbatan qəsəbəsində xüsusi yer ayırdı. Rəsmi qurumların bu addımı “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 3-cü hissəsinin 2-ci bəndinə əsaslanır. Mitinq tələbini eyni qanunla əsaslandıran Əli Kərimli isə “28 May” metrostansiyasının önündə qanunsuz aksiya keçirəcəklərini deməklə qanunu tanımayacaqlarını elan edir.
İctimai təhlükəsizliyin təmin edilməsindən məsuliyyət daşıyan qurumlar bəyan edir ki, “qanunsuz kütləvi aksiyaya çağırış edən AXCP rəhbərliyi, həmin aksiyanın təşkilatçıları və iştirakçıları tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerdən kənar ictimai qaydanı pozmaqda və hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqda ifadə olunan, əhalinin rahatlığını, müəssisə, idarə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərə yol veriləcəyi təqdirdə bütün məsuliyyət onların üzərinə düşəcək”.
Əli Kərimli isə bu çağırışa məhəl qoymaq niyyətində olmadıqlarını nümayiş etdirir. Çünki məqsəd kütləvi iğtişaşın yaradılması və siyasi qarşıdurmadan şəxsi qazancını əldə etməkdir. Və burada “sabah qeyd olunan yerdə qarşıdurma olacaqsa, kim itirəcək, kim qazanacaq” sualı önə çıxır.
Qarşıdurmada iştirak edən insanlar qanunla məsuliyyətə cəlb olunacaq; digər insanların rahatlığını və ictimai nəqliyyatın hərəkətini pozduqları üçün xalqın qəzəbinə tuş gələcək və itirən tərəf olacaqlar;
Qarşıdurmanı yaradan Əli Kərimli isə “hakimiyyətin qarşı çıxdığı müxalifətin əvəzsiz lideri” imicini yaradacaq; iğtişaş sifarişçilərindən payını alacaq; sosial şəbəkələrdə blogerlik fəaliyyətini davam etdirmək üçün fotomateriallar toplayacaq və qazanan tərəf olacaq, 8 oktyabrda olduğu kimi;
Onun israrla qarşıdurmaya çağırışlar etməsi də buna hesablanıb. Və qanunları pozan, məsuliyyətə cəlb olunan insanlar Əli Kərimli üçün ayağını çiyninə qoyub “hakimiyyət zirvəsinə” tullanmaq istədiyi pillədən başqa bir şey deyil.
Ya Əli Kərimlinin ayağı altında pillə olacaqsınız, ya da onun kimiləri tarixin arxivinə tullamış Azərbaycan xalqının bir fərdi...
Çünki 90-cı illərdə vətəndaş müharibəsini siyasi qazanc mənbəyi kimi görənləri taxtlarından endirən və Heydər Əliyevin ətrafında birləşən bu xalq Azərbaycana qaranlıq keçmişin qaytarılması niyyətlərinə imkan verməyəcək.
Asif Nərimanlı
-
Sosial17:31
Laçına müntəzəm avtobus reysi istifadəyə veriləcək
-
Dünya16:16
Ərdoğan bu ölkələrə gedir: məscid açacaq
-
Nida Təhlil 15:50
Azərbaycan-Ermənistan razılaşması: Bu bəndlər olmadan...
-
Region15:02
Türkiyədən tarixi qərar: Rusiyanın tətbiq etdiyi bu ifadə dəyişdirilir
-
İqtisadi gündəm14:22
İsrail İrana hücum edərsə, neft bu qiymətə olacaq
-
Sosial14:05
Əhməd Əhmədov haqqında qərar verildi - Video
-
Magazin113:50
Sevil-Sevinc bacılarının evində ŞADLIQ VAR - VİDEO
-
Magazin213:25
Monika Belluççinin qızı açdı sinəsini, göstərdi... - FOTOLAR