Nida Təhlil
Millət vəkilləri erməni təxribatının qarşısını aldı - SON DƏQİQƏ
Bolqarıstanın paytaxtında keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının bugünkü iclasında Ermənistan deputatları növbəti dəfə siyasi təxribata əl atmaq istəyiblər.
Publika.az xəbər verir ki, Milli Məclisin deputatı Aydın Mirzəzadə erməni deputatların siyasi təxribatının qarşısının alındığını bildirib: “Ermənistandan olan bir deputat elan etdi ki, Azərbaycan və Ermənistan rəhbərləri dəfələrlə bildiriblər ki, Dağlıq Qarabağ məsələsi Azərbaycan, Ermənistan və " Dağlıq Qarabağ xalqının" maraqlarına cavab verməlidir. Digər erməni deputat isə Bakı - Tbilisi - Qars dəmiryol xəttindən danışaraq onun əhəmiyyətini azaltmağa çalışdı.
Onlardan sonra mən çıxış edərək Azərbaycan tərəfdən heç zaman belə bəyanat olmadığını sessiyanın nəzərinə çatdırdım. Azərbaycanın mövqeyi belədir ki, Azərbaycan ərazisindən Ermənistan qoşunları qeyri-şərtsiz çıxarılmalıdır. Azərbaycan həmin bölgəyə ən yüksək muxtariyyət verməyə hazırdır. Əgər işğal məsələsi olmasaydı, həmin xətt Ermənistandan da keçə bilərdi və qonşu ölkə Azərbaycanın iqtisadi layihələrindən yüz milyonlarla gəlir əldə edə bilərdi”.
Daha sonra Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Jalə Əliyeva çıxış edərək Ermənistan nümayəndələrinin beynəlxaq tədbirdə "Arsax" yalanını yaymasına etirazını bildirib və Ermənistanın Azərbaycan torpaqlarını azad etməsini tələb edib.
Zümrüd
-
Nida Xəbər 09:36Nazir: Ərazi bütövlüyünün bərpası Azərbaycanın qüdrətini daha da artırdı
-
İKT09:27Azərbaycan mediası Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verdi
-
Ekologiya07:17Zəfər Gününün hava proqnozu açıqlandı
-
İdman06:46PSJ-yə bir qol bəs etdi
-
Magazin106:16Məşhur model 31 yaşını bağ evində qeyd etdi - FOTO
-
Magazin104:44“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
İdman04:30"Real" səfərdə "Valensiya"nı darmadağın etdi
-
İqtisadi gündəm03:13Qızıl kəskin ucuzlaşdı


















.jpg)

















.jpg)

