Nida Təhlil
Tramp kreslosu ilə vidalaşa bilər - ŞƏRH
“Tramp bir siyasətçi kimi dünya gündəminə təsir edəcək intellektual özəlliklərə və təcrübəyə malik deyil”.
Bu sözləri Publika.az-a ABŞ Konqresinin Nümayəndələr Palatasının Trampa qarşı qaldırdığı impiçment prosedurunu təhlil edərkən politoloq Qabil Hüseynli deyib.

Onun fikrincə, impiçment məsələsi istefa ilə nəticələnməyəcək: “Sadəcə olaraq bu, Demokratlar və Respublikaçılar arasında gedən mübarizənin bir hissəsidir. Trampın nöqsanlarını hamı görür və çoxları tənqid edir. Amma məsələ burasındadır ki, onun konstitusiyanı pozması ilə bağlı ittihamlar əsaslandırıla bilmir. Üstəlik bu ittihamlar seçki dövrünə aiddir. Bu cür hallar dəfələrlə baş verib, ancaq öz təsdiqini tapmayıb. Söhbət Rusiyanın Amerikadakı prezident seçkilərinə təsiri və Trampın seçilməsinə təsir göstərməsi barədə irəli sürülən ittihamlardan gedir. Rusiya bu məsələni inadla edir. Bu hadisənin mümkünlüyü söyləmək olsa da, onu təsdiq edəcək kifayət qədər sübut yoxdur. Bu sübutlar olmadıqca, Trampın impiçmenti tam başa çatmayacaq. Konqresin Nümayəndələr Palatasının aldığı qərar isə Demokratların sayca çoxluğu ilə əlaqədardır. Demokratlar, xüsusən Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Demokratların çoxluğundan istifadə edərək bu iddianı impiçmentə çevirə bildi. Qarşıda bu təşəbbüsün Senatdan keçməsi məsələsi var. Senatda isə Respublikaçılar çoxluq təşkil edir. Zənnimcə Senatdan keçməyəcək və beləliklə də növbəti ittiham qüvvəyə minməyəcək”.
Politoloq impiçment məsələsinin Trampın reytinqini aşağı salacağını qeyd edib: “Çətin ki, ikinci dəfə prezident seçkilərində namizədliyini irəli sürsün. İrəli sürsə də, seçkilərdə uğur qazana bilməyəcək. Hər fürsətdə Tramp yenidən namizədliyini irəli sürəcəyini deyir. Amma güman edirəm ki, Respublikaçılar Partiyasından daha güclü rəqiblər meydana çıxacaq və Trampın namizədliyinə imkan verməyəcəklər. Partiyadaxili seçkilər olacaq və kim qalib olsa, namizəd kimi onu təsdiqləyəcəklər.
Q.Hüseynli bildirib ki, Demokratlar Partiyası revanş götürüb, prezident köşkünə yiyələnməyə çox iddialıdır: “Onsuz da Amerikada belə bir ənənə formalaşıb ki, bir prezident iki dəfə seçilir, daha sonra digər partiyanın nümayəndəsi hakimiyyətə gəlir. Bu baxımdan Trampın yenidən seçilməyi perspektivsiz görünür”.
Məhərrəm Əliyev
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





