Nida Təhlil
Şəffaflıq və rəqabət mühiti inkişafa yol açır - İqtisadçı
“Dünya iqtisadiyyatı inkişaf etdikcə yeni çağırışlar yaranır. 2015-ci ildə Strateji Yol Xəritəsi, eyni zamanda iqtisadiyyatın şaxələndirilməsinə dair müxtəlif proqramlar qəbul edildi. Nəticələrə baxdıqda da görmək olur ki, aqrar sektorda 7 faizlik inkişafa nail olunub”.
Bu fikirləri Publika.az-a açıqlamasında Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı fikirlərini təhlil edərkən iqtisadçı Emin Qəribli səsləndirib.
O bildirib ki, iqtisadi inkişaf üçün ilk növbədə şəffaflıq artırılmalıdır: “Bu gün artıq texnologiya dövrüdür və Azərbaycan yeni uğurlara imza atır. Bunun üçün də fəaliyyətdə şəffaflıq və rəqabət mühiti yaratmaq lazımdır. Bu yolla inkişafa davam etmək olar. Yeni çağırışlara uyğunlaşmayan bəzi məmurlar var ki, buna görə də cənab Prezident rayon icra hakimiyyətlərinin strukturunda dəyişikliklər etdi. Aparılan islahatlarda iki əsas amil var. Birinci texnoloji - buna dair investisiyalar yatırılıb. İkinci isə təbii ki, struktur islahatlardır ki, bu da uğurla həyata keçirilir”.
Emin Qəribli vurğulayıb ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın nəticələrini artıq görmək mümkündür: “Qeyri-neft sektoru 3.3 faiz artıb. İstehsal sahələrinə baxsaq, görərik ki, bu gün regionlarda texnoparklar yaradılıb. Bu, onu göstərir ki, biz 4-cü yeni sənaye inqilabına hazır vəziyyətə keçəcəyik və buna dair işlər görüləcək”.
İqtisadçı ölkədə aparılan sosial siyasətin mahiyyətindən də danışıb: “Regionlarda iş yerlərinin açılması, yeni sənaye və turizm mərkəzlərinin yaradılmasına dair struktur layihələr həyata keçirilir. Bütün bunlar sosial vəziyyətin yaxşılaşmasına gətirib çıxaracaq”.
Tağı Həsənov
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?



























.jpg)
.jpg)






