Nida Təhlil
Şahnazaryan Qarabağ danışıqlarının ƏSAS DETALINI AÇDI: “İlk gündən ərazilərin qaytarılması...”
“Ərazilərin qaytarılması Qarabağ üzrə danışıqların ilk günündən müzakirə edilir. Başqa cür olsaydı, Azərbaycan danışıqlar masasına oturmazdı”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryan deyib.
Onun sözlərinə görə, Bakı Cenevrədə və Bratislavada keçirilən danışıqların nəticələrindən razıdır.
“Ermənistan bu gün təcrid edilib. Bir tərəfdə Azərbaycan və Minsk qrupunun həmsədrləri, digər tərəfdə İrəvan var. Bütün bunlara görə Nikol Paşinyan yox, dövlət olaraq günahkar olacağıq. Diplomatiyada sözlə sənəd eyni çəkiyə malikdir, sərçə deyil ki, uçanda tutasan”, - bildirib.

Şahnazaryan Paşinyan hakimiyyətini Qarabağda məqsədyönlü şəkildə parçalanma yaratmaqda ittiham edib: “Qarabağda 2018-ci ilin aprelində yaranmış vəziyyəti yenidən təkrarlamaq planı hazırlanır. Bu, Paşinyanın ən əhəmiyyətli siyasətindən biridir. Əgər Qarabağda “prezident” Paşinyana itaət edən biri olsa, bu, ciddi təhlükələrə səbəb olacaq. Qarabağın danışıqlarda iştirakı məsələsi sıradan çıxacaq, erməni və azərbaycanlı icmalar arasında əlaqələrin qurulması prosesi başlanacaq”.
Asif
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı




















.jpg)

.jpg)















.jpg)