Nida Təhlil
Parlament seçkiləri Azərbaycan xalqının iradəsini ifadə etdi - Hüquqşünas
“Müşahidəçilərin sayının çoxluğu və sonda müsbət qənaətə gəlmələri şəffaflıq prosesinin göstəricisidir”.
Bunu ölkə başçısının Kürdəmirə səfəri çərçivəsində seçki prosesi ilə bağlı səsləndirdiyi fikirləri təhlil edən “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev Publika.az-a açıqlamasında bildirib.

Hüquqşünas qeyd edib ki, Prezident İlham Əliyev parlament seçkilərinin demokratiyanın inkişaf istiqamətlərindən biri olduğunu vurğulayıb: “Ölkə başçısı bildirdi ki, demokratiyanın inkişafı əsas prioritetlərdəndir. Qeyd edildi ki, növbədənkənar seçki prosesinə islahatların mühüm tərkib hissəsi kimi baxılır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTHİB) əvvəlki illərə nisbətən seçkilərlə bağlı daha tarazlı rəy verdi. Biz də namizədlərin qeydə alınması prosesinin demokratik şəraitdə həyata keçirildiyini müşahidə etdik. Orta hesabla bir yerə 10 namizədlik qeydə alındı. Bu da rəqabəti göstərən amillərdən biridir. Eyni zamanda, seçki prosesində istənilən adam öz tənqidi fikrini irəli sürə bilirdi. Demokratikliyin başqa bir göstəricisi kimi bunu qeyd edə bilərik. Ölkə başçısı pozuntu hallarının sərt cəzalandırılacağını dedi. Mərkəzi Seçki Komissiyası artıq ciddi fəaliyyətə başlayıb. İstənilən seçki prosesində pozuntu baş verir. Əsas məsələ o pozuntuların araşdırılması və qərarın qəbul edilməsidir. Biz bu prosesləri artıq görürük. 4 seçki dairəsinin nəticələri ləğv olunub,10-u ilə bağlı materiallar isə araşdırılacaq. Hesab edirəm ki, 9 fevral növbədənkənar parlament seçkiləri bütövlükdə Azərbaycan xalqının iradəsini ifadə etdi”.
Məhərrəm Əliyev
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






.jpg)






























.jpg)
.jpg)