Nida Təhlil
EKSPERT: İşğal olunmuş ərazilərin qaytarılmasına Kəlbəcərdən başlamaq lazımdır - - VİDEO
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri David Şahnazaryan Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında yanvarın 30-da baş tutmuş görüşdə “azərbaycanlıların və ermənilərin Dağlıq Qarabağda birgə yaşayış bölgələrinin yaradılmasının” müzakirə edildiyini bildirib. Qarabağ separatçılarının “tş”sinin sabiq rəhbəri Vitali Balasanyan isə Cenevrə görüşlərində birgə yaşayış bölgələrinin Laçının cənubunda yaradılması və burada sülhməramlı qüvvələrin yerləşməsinin müzakirə edildiyini deyib.
Bu bəyanatları Axar.az-a şərh edən rusiyalı politoloq Aleksey Anpiloqov bildirib ki, diqqətçəkən məqam açıqlamaların Paşinyanın siyasi rəqibləri və onların Dağlıq Qarabağda keçirilən “seçkilər”də əlaltıları tərəfindən verilməsidir.
“Od olmasa, tüstü çıxmaz. “Paşinyan sülh naminə Azərbaycanın xeyrinə nədən keçməyə hazırdır” sualı mənim üçün hələ də açıq olaraq qalır”, - Anpiloqov deyib.
Politoloq Laçın rayonunun qaytarılmasının müzakirə edildiyini düşünmür:
“Çünki bu, Ermənistan üçün fəlakətlə nəticələnər”.
Onun sözlərinə görə, gedən söz-söhbətlər ermənilərin seçkiqabağı kampaniyasından başqa bir şey deyil. Əgər həqiqətən belə bir danışıqlar aparılıbsa və yerinə yetiriləcəksə, bu alqışalayiqdir:
“Paşinyan işğaldakı bir sıra əraziləri Azərbaycana qaytarmağa hazırdır. İşğal olunmuş ərazilərin qaytarılmasına isə Kəlbəcərdən başlamaq daha realdır”, - deyə politoloq qeyd edib.
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı




















.jpg)

.jpg)















.jpg)