Nida Təhlil
Məşhur brendin cəlbi əməkdaşlıq imkanlarını artıracaq - İqtisadçı
Azərbaycan və İtaliya arasındakı iqtisadi əlaqələr çox yüksək səviyyədə qurulub.
Bunu Publika.az-a açıqlamasnda iqtisadçı Xalid Kərimli deyib.
İqtisadçı qeyd edib ki, Azərbaycan Avropanın ən böyük iqtisadiyyata malik ölkələrindən olan İtaliyanın neft istehlakının təqribən 17 faizini təmin edir: “İtaliyaya ixrac etdiyimiz neft Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) təxminən 12 faizinə bərabərdir. Yəni ölkəmiz neft ixracatının böyük hissəsini bu ölkə üzərindən həyata keçirir. Növbəti addım da TAP layihəsidir. Bununla da qazı birbaşa İtaliya bazarına çıxaracağıq. Hazırda qazın ixracı ilkin qiymətləndirməyə görə 10 milyard kubmetr təşkil edir ki, göstəricini 20 milyarda çatdırmaq planlaşdırılır. Azərbaycanı maraqlandıran əsas məsələlərdən biri də qeyri-neft sektoruna investisiyaların yatırılmasıdır. Baş tutan görüşlər, xüsusən də biznes sektoru ilə bağlı əməkdaşlığın Prezident səviyyəsində təşkil olunması italiyalı biznesmenlərin diqqətini daha çox çəkəcək. Bundan sonra onlar Azərbaycan bazarında investisiya qoyulacaq sahələrlə daha yaxından maraqlanacaqlar. Xüsusən də Qafqazda çox populyar olan “Made in Italy” kimi brendi maliyyə sektoruna cəlb etmək əməkdaşlıq imkanlarını artıra bilər. Eyni zamanda ölkələrarası əməkdaşlıq Azərbaycanda pambıqçılığın inkişafına töhfəsini verəcək”.
Tağı Həsənov
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






.jpg)






























.jpg)
.jpg)