Nida Təhlil
Əhalinin sosial rifahının yaxşılaşdırılması daim Prezidentin diqqətindədir - Şərh
“Əhalinin sağlamlığı və maddi-rifah halı dövlətin ən öndə gələn qayğılarından biridir”.
Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin Şəmkir, Qazax, Goranboy, Ağstafa və Tovuz səfərləri xalqın mənafeyinə xidmət edir: “Ölkə başçısı Goranboyda 7 kəndi bir-biri ilə birləşdirən Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun yenidənqurmadan və bərpadan sonra açılışında iştirak etdi. Bu, son dövrlərdə rayonda həyata keçirilən tikinti və quruculuq işlərinin mühüm göstəricilərindən biridir. Prezidentin eyni zamanda Qazaxa səfəri də reallaşdı. Orada əhəng zavodunun, Ağstafada isə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Ağstafa filialının fəaliyyəti ilə tanış oldu, “Ağstafa” elektrik yarımstansiyasının yenidənqurmadan sonra açılışında iştirak etdi. Bütün bunlar rayonlarda əhalinin işlə təmin edilməsi və iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində mühüm addımlardır. Prezident bu işlərə ciddi nəzarət edir, regionların sosial-iqtisadi inkişafını, əhalinin maddi rifah halının yaxşılaşdırılmasını daim göz önündə saxlayır”.
Q.Hüseynli ölkə başçısının Azərbaycanda mövcud səhiyyə sistemi və koronavirusla bağlı fikirlərini belə şərh edib: “Prezident İlham Əliyev səfərlər çərçivəsində koronavirus epidemiyası ilə bağlı çıxışında bildirdi ki, yeni tip virus üçün Azərbaycanda təhlükəli vəziyyət mövcud deyil. Proses tam nəzarət altındadır. Ciddi gigiyenik tədbirlər həyata keçirilir. Təhsil müəssisələrində dezinfeksiya işləri aparılır. Prezidentin bu addımları onu göstərir ki, əhalinin sağlamlığı məsələsi ciddi nəzarət altındadır. Nazirlər Kabineti yanında operativ qərargahın yaradılması vacib addımdır. Bütün bunlar ondan xəbər verir ki, Azərbaycan Respublikasında əhalinin sağlamlığı və maddi-rifah halı dövlətin ən öndə gələn qayğılarından biridir. Səhiyyənin maddi-texniki bazasının təkmilləşdirilməsi, yenilənməsi istiqamətində ciddi sərmayə yatırımı həyata keçirilir. Rayon mərkəzi xəstəxanaları, eləcə də kəndlərdəki xəstəxanalar yeni tibbi avadanlıqlar və dərmanlarla təchiz edilib”.
Məhərrəm Əliyev
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





