Nida Təhlil
İlham Əliyevin regionlara səfəri cəsarət göstəricisidir - ŞƏRH
“Prezident İlham Əliyevin apardığı siyasətin təməl məqsədi vətəndaşların rifahına yönəlib”.
Bunu ölkə başçısının regionlara səfərini şərh edən “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev Publika.az-a açıqlamasında bildirib.
Hüquqşünas Prezidentin regionlara səfərinin əhəmiyyətindən danışıb: “Dövlət başçısı mütəmadi olaraq ölkənin müxtəlif rayonlarına səfərlər edir. Azərbaycan Prezidenti hələ Milli Məclisin deputatı olarkən seçiciləri ilə mütəmadi görüşlərə gedirdi. Prezidentlik dönəmində isə dəfələrlə Azərbaycanın müxtəlif rayonlarında səfərdə olub. Son illərdə bu intensivlik daha da güclənməkdədir. Çünki aparılan islahatların hansı nəticə verməsi ölkə başçısının xüsusi olaraq diqqətindədir. Bu islahatlar kimə yönəlib? Əlbəttə ki, vətəndaşlara. Vətəndaşlar bu islahatlardan faydalana bilirmi? Onların vəziyyəti yaxşıdırmı? Prezident bu məsələləri bilavasitə ilk mənbədən öyrənir. Xüsusilə, koronavirusla bağlı ajiotajın olduğu bir vaxtda ölkə başçısının regionlara səfəri cəsarət göstəricisidir. Cənab Prezident heç nədən çəkinmədən prosesləri yoxladı. Deməli, İlham Əliyev vətəndaşını düşünür. Yəni bir növ “mən sizin yanınızdayam, sizinlə bərabərəm, fərqli həyat tərzi keçirmirəm” demək istəyir”.
Fond rəhbəri Prezident İlham Əliyevin gənclərlə görüşdə etdiyi jestdən də danışıb: “Ölkə başçısının gənclərlə görüşdə etdiyi jest bir çox mətləblərdən xəbər verir. Bəzi məmurlarımızda təkəbbürlülük çoxdur. Onlar hər şeyin ən yaxşısını istəyir. Prezidentin böyük kreslonun sadə kreslo ilə əvəz edilməsini istəməsi təvazökarlıq göstəricisidir. Bu jest bəzi məmurlara dərs olmalıdır”.
Ə.Nuriyev səhiyyə ilə bağlı Prezidentin səsləndirdiyi fikirlərə isə belə şərh verib: “Azərbaycan müasir səhiyyə infrastrukturu yaratmaqda davam edir. Son 16 ildə ölkədə 700-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir edilərək müasir avadanlıqlarla təmin olunub. Ölkə başçısının apardığı siyasətin təməl məqsədi keyfiyyətli təhsil, səhiyyə sistemi və sosial xidmətlərin həyata keçirilməsidir. Bütün bunlar vətəndaş məmnunluğunun təmin edilməsinə stimul verir. Hesab edirəm ki, rayonlarda səhiyyə infrastrukturunun inkişafı keyfiyyətli tibbi xidmətlərə çıxış imkanlarını artıracaq”.
Məhərrəm Əliyev
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






.jpg)






























.jpg)
.jpg)