Nida Təhlil
Əhalinin sosial müdafiəsinin təmin olunması prioritetdir - Şərh
İşçi Qrupun hazırladığı tədbirlər planında prioritet məsələ əhalinin sosial müdafiəsinin təmin olunmasıdır.
Bunu Publika.az-a açıqlamasında iqtisadçı Ruslan Atakişiyev deyib.
İqtisadçı bildirib ki, 9 istiqaməti əhatə edən tədbirlər planında 12-ə yaxın sahə müəyyənləşdirilib ki, onların sırasında nəqliyyat, ticarətin bəzi istiqamətləri, o cümlədən də turizm sektoru, hotelçilik və ictimai iaşə obyektləri və s. yer tutur: “Araşdırma nəticəsində 300 minə yaxın işçinin işlədiyi müəyyənləşib. Bu da rəsmi müqaviləsi olan, yəni o müəssisələrə aiddir ki, şəffaf fəailiyyət göstərirlər. Əsas məsələ həmin işçilərin əməkhaqqı fondunun 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsidir. Burada da meyar götürülüb ki, 2019-cu ilin sonunda orta əməkhaqqı 712 manatdır. Yəni mahiyyət belədir ki, bir müəssisədə işçiyə 900 manat maaş verilirsə, burada 712 manat maksimum məbləğ kimi götürüləcək. Bununla bağlı sahibkarlıq subyektlərinə göstəriş verilib ki, pandemiya dövründə işçiləri ixtisar etməsinlər və onları öz hesablarına məzuniyyətə göndərməsinlər”.
İqtisadçı əmək müqaviləsi olmayan şəxslərə göstəriləcək sosial dəstəkdən də danışıb: “Qeyri-rəsmi şəkildə işləyən insanlar işsiz vəziyyətə düşürsə, bu halda onlara işsizliyə görə müavinətin verilməsi, o cümlədən də ünvanlı sosial yardım dairəsinin genişləndirilməsi hesabına dəstəyin göstərilməsi planlaşdırılır.
R. Atakişiyev bildirib ki, digər önəmli məsələ isə əhalini qida məhsulları ilə təmin edən sektorların əlavə dəyər vergisindən azad olunmasıdır: “Hazırda həmin müəssisələrin rüblük hesabat dövrüdür. Bu dövrün iyuladək uzadılması məsələsi diqqətdədir. Proqramda eyni zamanda 2019-cu il üzrə hesablanmış mənfəət vergiləri ilə bağlı ödəmələrin ertələnməsi, ümumiyyətlə, onların vergi dərəcələrinə müəyyən dəstəyin göstərilməsi planlaşdırılır”.
Ekspert əlavə edib ki, kreditlərin verilməsi ilə bağlı da bir sıra proqramlar işlənilir: “Burada da şərt qoyulur ki, sahibkarlıq subyektlərinə təqdim olunan kreditlər 15-16 faizdən yuxarı olmasın. 1 milyard manatlıq kredit paketi hazırlanır ki, 60 faizə yaxınını dövlət tərəfindən zəmanətin verilməsi kimi məsələnin təşkil edəcəyi planlaşdırılır”.
Tağı Həsənov
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı














.jpg)















.jpg)



.jpg)

