Nida Təhlil
Aparılan islahatlar öz nəticəsini verməkdədir - Şərh
"2020-ci ildə aparılan islahatlar öz əhəmiyyətini və nəticəsini verməkdədir".
Bunu Publika.az-a açıqlamasında Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirəni təhlil edən iqtisadçı Ruslan Atakişiyev deyib.
Ekspert bildirib ki, 2020-ci ilin birinci rübü müvafiq dövrə nisbətən artımla müşahidə olundu: "Vergi sahəsində şəffaflaşma istiqamətində yeni mərhələyə qədəm qoyduq. 2020-ci ildə kənd təsərrüfatının maliyyələşməsi prosesi reallaşmağa başladı. Xüsusilə aqrar sektorda lizinq və müştərək sığorta alətlərinin genişləndirilməsi məsələsinin həlli istiqamətində əsaslı addımlar atıldı. Bundan əlavə, regionlarda əlavə vəsaitə çıxış imkanı yaradılması məsələsi də əhəmiyyətli şəkildə diqqətdə saxlanıldı. 2020-ci ilin nəticələri daha çox yanvar-fevral aylarında stabil iqtisadi inkişafın ciddi bütövlüyünü təmin edir. Mart ayından başlayaraq növbəti dövr üçün koronavirus pandemiyasının iqtisadiyyata təsirləri və onun aradan qaldırılması məsələsi də gündəmə gəldi.
Burada iki məsələ mühüm əhəmiyyət kəsb edir. Birinci məsələ koronavirus dövründə iqtisadiyyatın aşkar ediləcək şoklardan, mənfi təsirlərdən müdafiə olunmasıdır. Digəri isə postkoronavirus iqtisadiyyatı dövrünə hazırlıq prosesidir. Bununla bağlı olaraq müşavirədə fokuslanan məsələ pandemiya dövrünün təsirlərinin azalması idi. Postkoronavirus dövründə mesajın məğzi bu idi ki, dövlət şəffaf çalışan sahibkarlıq subyektlərinə dəstəyini davam etdirməlidir. Artıq həmin dövr üçün prioritet sahələr dəstəklənməlidir. Hansı ki, onlar iqtisadiyyatda daha çox hərəkətvericiliyi təmin edir və lokomotiv rolunu oynayır. Dövlət onlara dəstək verməklə digər sahələrin inkişafına da köməklik göstərir".
İqtisadçı qeyd edib ki, müşavirədə önəmli məsələlərdən biri də dövlət büdcəsinin səmərəli istifadə olunması ilə bağlı səslənən fikirlər idi: "Bundan başqa həm iqtisadiyyatın kreditləşməsi, qeyri-neft sektoruna dövlət dəstəyinin göstərilməsi, həm də əhalinin sosial müdafiəsi məsələləri müşavirədə öz əksini tapdı.
Manatın məzənnəsinin sabit saxlanılması, makro-iqtisadi maliyyə sabitliyinin qorunub saxlanılması da cənab Prezident tərəfindən vurğulandı. Mərkəzi Bank rəhbərinin və maliyyə nazirinin müvafiq hesabatlarının dinlənilməsi də müşavirənin bir hissəsini təşkil etdi".
Məhərrəm Əliyev
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var












.png)
















.jpg)
.jpg)





