Nida Təhlil
Arzu Nağıyev: Azərbaycanın bu mübarizə metodları dünyada nümunə kimi qəbul edilir
“Azərbaycan koronavirus pandemiyasına qarşı gördüyü tədbirlərlə onlarla ölkə arasında öz gücünü və potensialını nümayiş etdirən tək-tük dövlətlərdən biridir”.
Bu fikirləri Publika.az-a açıqlamasında millət vəkili Arzu Nağıyev deyib.
Millət vəkili bildirdib ki, Azərbaycanın pandemiyaya qarşı mübarizə metoduna bir nümunə kimi bütün dünyada maraq var: “Azərbaycan koronavirusla mübarizədə mühüm addımlar atmaqdadır. Yəni Avropa ilə Asiya, türk dünyası arasında əlaqələndirici rolu Azərbaycanın oynaması çox mühüm bir məsələ kimi qeyd olunmalıdır. Digər məsələ ondan ibarətdir ki, koronavirusun tüğyan etdiyi Avropada və digər dövlətlərə baxanda Azərbaycan mart ayının əvəllərindən başlayaraq mühüm və effektiv tədbirlər görüb. Azərbaycan koronavirusla mübarizədə tətbiq olunan məhdudiyyətlərdən başlamış ən yüksək səviyyəli, müasir tibbi cihazların, avadanlıqların alınması istiqamətində də önəmıli məsafə qət edib. Bu gün demək olar ki, ölkəmiz insan sayına müvafiq olaraq test yoxlamaları baxımından dünya səviyyəsində ilk yerlərdədir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi məsələlərdə bu da öz əksini tapdı. Məhz Prezident İlham Əliyevin rəhbrəliyi ilə ölkədə pandemiyaya qarşı elan olunan tədbirlər planları Azərbaycanın regionda xüsusi çəkisinin olmasını bir daha təsdiq etdi. İstər iqtisadi, istər siyasi, istərsə də mənəvi və sosial cəhətdən Azərbaycanın mühüm addımları dünyada etalon kimi götürülür. Beynəlxalq təşkilatlar da bunu görür və yüksək qiymət verirlər. Məhz Azərbaycanın bu proseslərdə öndə olması mühüm tarixi hadisədir”.
Millət vəkili qeyd edib ki, dövlətin gördüyü işlərə başlatdığı tədbirlərə hər bir vətəndaş öz üzərinə düşən öhdəlikləri yerinə yetirməklə dəstək verməlidir: "Hər bir vətəndaş koronavirusla mübarizədə öz vicdanı qarşısında imtahan verməlidir. Çünki prezident İlham Əliyevin sosial rifah və məşğulluğun təmin edilməsi istiqamətində verdiyi tapşırıqlar və bu tapşırıqların dövlət büdcəsi hesabına həyata keçirilməsi vətəndaşların sağlamlığının qorunmasına, sosial vəziyyətinin yaxşılaşmasına və pandemiyadan zərər çəkməməsinə hesablanıb".
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı

















.jpg)













.jpg)



.jpg)

