Nida Təhlil
Azərbaycan vətəndaşı onu düşünən dövlətinə arxayın ola bilər - Vüsal Məmmədov
"Azərbaycanda əhalini pandemiyadan qorumaq üçün atılan addımlar və bunun davamlığını təmin etmək məqsədilə görülən tədbirlər indiyə qədər görünməmiş miqyas alır".
Bunu Publika.az-a "Azvision.az" saytının baş redaktoru Vüsal Məmmədov deyib.
Baş redaktor koronavirusun fəsadlarını minimuma endirmək və əhalinin rifahının yaxşılaşması üçün dövlətin ayırdığı sosial paketlərin əhəmiyyətini belə şərh edib: "Prezidentin elan etdiyi yeni dəstək tədbirlər ilə sosial proqramların əhatəsi 2,5 milyon vətəndaşa, məbləği 600 milyon manata çatdı. Koronavirusla mübarizə günlərində dövlət əhalinin bütün maraqlarını düşünür və həyata keçirməyə çalışır. Pandemiya vaxtı əmək müqavilələrinin sayının artması onu göstərir ki, əslində, insanların işlə təmin edilməsi yönündə ciddi tədbirlər görülür.
Eyni zamanda, qeyri-rəsmi çalışanlar rəsmiləşdirilir. Birdəfəlik ödəmə alan işsizlərin sayı isə 600 min nəfərə çatdırıldı. Üstəlik onlara gələn ay da həmin vəsait ödəniləcək. Karantin bitəndən sonra isə bu şəxslər rəsmi işsiz kimi uçota alınacaqlar. Belə çıxır ki, karantinin onlara hətta faydası da dəymiş olacaq. Amma söhbət təkcə işsizlərdən də getmir axı. Demək olar ki, bütün təbəqələr dövlətin dəstəyini hansısa formada hiss edirlər – İşləyən vətəndaşlar, sahibkarlar, tələbələr, əlillər... Bu, onu göstərir ki, nə baş verirsə-versin, bütün proseslərdə Azərbaycan vətəndaşı heç vaxt tək qalmayacaq, həmişə onun maraqlarını düşünən dövlətinə arxayın ola bilər. Dövlət və onun başçısı isə hər zaman vətəndaşının yanındadır".
Məhərrəm Əliyev
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





