Nida Təhlil
Vergi stimulları postpandemiya dövründə istehsalı canlandıracaq - İqtisadçı
"Vergi stimulları əhalinin alıcılıq qabiliyyətinin qorunmasına və pandemiyadan sonra şirkətlərin fəaliyyətinin bərpasına təkan verəcək".
Bu sözləri Publika.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
İqtisadçı vergi güzəştlərini bir neçə istiqamətə ayıraraq belə təhlil edib: "Pandemiyanın nəticələrini yumşaltmaq və fəsadlarını azaltmaq üçün vergi stimulları əsasən iki istiqamətdədir:
1. Əhalinin tibbi, ərzaq, digər zəruri istehlak malları ilə təminini yaxşılaşdırmaq üçün həm məhsulların, həm də onların istehsalında istifadə olunan xammal və materialların ƏDV-dən azad olunması.
2. Əsasən pandemiyadan əziyyət çəkən sahələrdə sahibkarlara və xüsusən də mikrosahibkarlara vergi stimullarının bir neçə istiqamətdə nəzərdə tutulması:
2.1. Vergi hesabatlarının və ödənişlərinin vaxtının uzadılması formasında vergi tətilləri.
2.2 Vergi öhdəliklərinin azaldılması formasında vergi güzəştləri.
2.3 Sosial ödənişlərin azaldılması formasında.
Qeyd olunan stimullar əhalinin alıcılıq qabiliyyətinin qorunmasına və pandemiyadan sonra şirkətlərin fəaliyyətinin bərpasına imkan verməklə müsbət təsirə malikdir.
Düşünürəm ki, vergi stimullarının əhatə dairəsi genişləndirilməli, bir neçə aylıq bütün vergi ödəyicilərinin işçilərlə əlaqədar ödədikləri sosial və vergi ödənişləri ləğv edilməlidir. Güzəştlər xüsusən də postpandemiya dövründə daxili istehsalın canlanması üçün daha əhatəli olmalıdır".
Məhərrəm Əliyev
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






.jpg)






























.jpg)
.jpg)