Nida Təhlil
Pandemiya təhlükəsinin aradan qalxması hər birimizin fəaliyyətindən asılıdır - Deputat
"Diqqətli hərəkət etdikdə, ehtiyac yaranmadığı təqdirdə evdən çölə çıxmadıqda, kütləvi yerlərdən uzaq olduqda, koronavirus təhlükəsinin qısa müddətdə təsirini itirməsinə nail ola bilərik".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki, dövlətin koronavirus pandemiyasına qarşı sərt mövqeyi bu təhlükənin respublika ərazisində azalmasına səbəb oldu: "Bu baxımdan tədris və kütləvi tədbirlərdən başqa digər məsələlərdə məhdudiyyəti götürmək mümkün oldu. Bununla da insanlar öz işlərinə qayıdıb, sərbəst şəkildə həyatlarını yaşaya bilirlər. Ancaq bu, sakitliyə heç bir əsas vermir. Hesab edirəm ki, koronavirus təhlükəsi hələ də qalmaqdadır. Buna görə də ilk növbədə sanitar gigiyena qaydalarına ciddi riayət etmək lazımdır. İnsanlar bacardıqları qədər sosial məsafəni qorumalıdır. Həmçinin hər hansısa şəxs səhhətində narahatlıq hiss edirsə, mütləq şəkildə həkimə müraciət etməlidir.
Koronavirusun ölkəmizdə yayılma səbəblərindən biri də insanların səhhətində yaranan narahatlığa ötəri yanaşması oldu. Bir koronavirus xəstəsi gün ərzində 700 nəfəri yoluxdura bilər. Bu baxımdan vətəndaşlarımız diqqətli olmalıdır. Eyni zamanda bilmək lazımdır ki, ölkə ərazisində pandemiya təhlükəsinin aradan qalxması hər birimizin fəaliyyətindən asılıdır".
Məhərrəm Əliyev
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





































.jpg)


