Nida Təhlil
“Bu həm də dövlətin siyasətinə qarşı təxribatdır” - Aydın Quliyev
“Dövlətin indiki şəraitdə apardığı siyasəti, insanların sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş addımları, eləcə də koronavirusdan birbaşa müdafiə üçün atılan bütün tədbirləri bütün cəmiyyət görür. Bunların içində aztəminatlı ailələrə Azərbaycan dövlətinin adından Prezidentin etdiyi müxtəlif yardımlar xüsusilə diqqəti cəlb edir. Bu, həm ölkədə, həm də dünyada təqdirəlayiq bir addım kimi qarşılanır”.
Bunu Publika.az-a açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
O qeyd edib ki, aztəminatlı insanlara ayrılan ünvanlı yardımların mənimsənilmısi həm hüquqi nöqteyi-nəzərdən, həm də mənəvi baxımdan ağır və bağışlanmaz bir cinayətdir: “Əvvəla, dövlət indiki şəraitdə həmin insanlara kömək edilməsini vacib bilir və yardım edir. İkincisi, bu yardımların mənimsənilməsi həm dövlətin siyasətinə qarşı bir təxribatdır, həm də yardımın ayrılması vacib hesab edilmiş həmin əhali təbəqəsinə ikinci ağır sarsıdıcı zərbədir. Buna görə də cənab Prezident haqlı olaraq bu mənimsənilməni çox ağır bir mənəvi cinayət kimi xarakterizə etdi. Güman edirəm, ölkə başçısı İlham Əliyevin bu xəbərdarlığı bundan sonra əlaqədar şəxslər və məmurlar üçün çox ciddi bir siqnal olacaqdır ki, bir daha bu cür cinayətlərə yol verməsinlər. Düşünürəm ki, məmurlar bundan sonra həmin cinayətləri törətməkdən yan keçəcəklər. Biz bunu gözləyirik”.
Akqabay Mıradov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
