Nida Təhlil
"Faşist canisinə qoyulan abidə Ermənistanın faşizmi dəstəklədiyinə bariz nümunədir" - ŞƏRH
“Azərbaycan tarixi saxtalaşdıranları və faşizmi təbliğ edənləri qətiyyətlə pisləyir. Ölkəmiz bu məsələdə prinsipial mövqe tutur və bu, təbii olaraq qəbul olunmalıdır. Çünki faşizm və faşistlərin dəstəklənməsi yalnız Ermənistan tərəfindən Böyük Vətən Müharibəsi dövründə baş verməyib, tarix boyu ideoloji baxımdan faşizmdən daha dəhşətli olan erməni millətçiliyi çoxsaylı azərbaycanlıların qətlə yetirilməsində, onlara qarşı soyqırımı siyasətinin həyata keçirməsində bir ana xətt rolunu oynayıb. Bu aspektdən də Azərbaycan Prezidenti İlham Əliyevin bütün platformalarda bu məsələni gündəmə gətirməsi təbii qəbul olunmalıdır və bu, tarixi həqiqətləri əks etdirir”.
Bunu Publika.az-a açıqlamaında “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin Soçidə keçirilən "Valday" Beynəlxalq Diskussiya Klubunun 16-cı illik toplantısında və Aşqabadda baş tutan MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasına qədər Azərbaycandan başqa bu məsələni heç kəs gündəmə gətirməyib:
“Erməniləri Rusiyada, postsovet məkanında az qala müharibədə xüsusi bir rol oynayan xalq və toplum kimi qələmə verirdilər. Lakin bu real faktın açıqlanması və bütövlükdə Njde ləqəbi ilə məşhur olan Qaregin Ter-Arutyunyanla bağlı həqiqətlərin yüksək tribunadan hər kəsə çatdırılması nəticə etibarilə əslində ermənilərin faşizmi necə dəstəklədiklərini ortaya qoydu. Çünki bir ölkənin keçmiş prezidenti əgər faşist cəllad və canisinə qoyulan abidənin açılışında iştirak edirsə bu artıq faşizmin Ermənistanda dövlət tərəfindən dəstəklənməsinin bariz nümunəsidir. Ermənilərin İkinci Dünya müharibəsi iştirakçılarının abidələrinə qarşı vandalizm aktı və faşistlərə heykəllər qoyulması faktı nifrət hissi oyadır”.
Akqabay Mıradov
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi




































.jpg)


