Nida Təhlil
“Paşinyanın haqqı yoxdur ki, faşizm üzərində qələbənin 75 illiyindən danışsın” - DEPUTAT
“Ermənistanın baş naziri Nikol Paşinyan yaxın günlərdə İkinci Dünya müharibəsində qələbə ilə bağlı bir sənəd yaymağa çalışıb. Guya onun babası Nikolay Paşinyan Böyük Vətən müharibəsində iştirak edib. Sənəddə yalandan göstərilir ki, Paşinyanın babası 138-ci atıcı diviziyanın 554-cü atıcı alayında olub və 1943-cü ildə itkin düşüb”.
Bunu Publika.az-a açıqlamasında deputat Arzu Nağıyev deyib. Millət vəkili qeyd edib ki, Nikol Paşinyanın iddialarından sonra Böyük Vətən müharibəsi ilə bağlı ekspertlər başqa bir sənəd ortaya qoyub. Hansı ki, təqdim olunan bu sənəd almanların arxivində saxlanılır:
“Bu sənəddə də göstərilir ki, həmin adlı, soyadlı şəxs, həqiqətən də Nikolay Vartanoviç Paşinyan erməni legionunda nasist-faşist rejimi ilə əlbir olub və legionda xidmət edib. Həmin legionda xidmət edərkən o, Sovet ordusuna qarşı vuruşub. Üçüncü bir sənəd isə Obd-memorial.ru adlı bazada var. Bazadan bu sənəd əldə olunub ki, Nikolay Vartanoviç Paşinyan, yəni Nikol Paşinyanın babası düşmənlə birgə olub və həmin döyüşlərin birində ölüb”.
Arzu Nağıyev bildirib ki, təqdim olunan bu 3 sənədin birləşməsindən belə bir nəticəyə gəlmək olar ki, Paşinyanın babası İkinci Dünya müharibəsində SSRİ-yə qarşı vuruşub və erməni legionunda olub:
“O, almanların SS diviziyasında Sovet ordusuna qarşı bütün əməliyyatlarında demək olar ki, iştirak edib. Məlumdur ki, son vaxtlar məhz bu prosesləri ermənilər nə qədər qabartsa da hiss olunur ki, həm Njde ləqəbi ilə tanınan Qaregin Ter-Arutyunyana qoyulan heykəl, həm də faşist təbliğatı bu ölkədə davam edir və bu ermənilərə babalarından gəlir. Ona görə də düşünürəm ki, Nikol Paşinyanın heç bir haqqı yoxdur ki, faşizm üzərində qələbənin 75 illiyində hansısa ordudan və qələbədən danışsın. Çünki onun babası faşizmin irəlidə gedən ən mühüm döyüşçülərindən biri olub. Bu artıq erməni yalanının sübutu deməkdir”.
Akqabay Mıradov
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı


















.jpg)












.jpg)



.jpg)

