Nida Təhlil
Hitlerin yarım qalmış işi və Milli Şuranın ölüm şüarı – Onlayn konfransın pərdəarxası
Milli Şuranın “Zoom” üzərindən onlayn konfransı siyasi cameədə ciddi qalmaqala səbəb oldu. Şuranın sədri Cəmil Həsənli, üzvləri Gültəkin Hacıbəyli, Qənimət Zahid, Rafiq Manaflı, Eldəniz Quliyev və digərlərinin iştirak etdiyi onlayn iclasda cinsi azlıqlar təhqir olunur, Hitlerə sevgi nümayiş etdirilir, Müsavat və REAL haqqına ağır ifadələr işlədilir.
Bu video yayılandan sonra mahiyyəti ortaya çıxan Milli Şura diqqəti yayındırmaq üçün hakimiyyəti “kibercinayətkarlıqda” ittiham etməyə başladı.
Gültəkin Hacıbəyli yazır ki, “Milli Şuranın qapalı toplantısının kibermüdaxilə yolu ilə hökumət tərəfindən yazılması çox böyük bir cinayətdir”.
Cəmil Həsənli iddia edir ki, “Qalmaqalın mərkəzində dayanan müxalifətin izləməsi faktı ortadadır”. O, BMT-nin kibercinayətkarlıq əleyhinə sənədinə istinad edir, Dövlət Təhlükəsizliyi Xidmətinin onları izləməsindən danışır. Sanki təhlükəsizlik xidməti bütün resurslarını işə salaraq, onların onlayn konfransını izləyib və yayıb.
Bu iddialarla diqqəti ağır söyüşlərin işlədildiyi qalmaqallı iclasdan yayındırmaq istəsələr də, özlərini yenə gülünc vəziyyətə saldılar.
Sözügedən videoda Rafiq Manaflının nalayiq ifadəsindən sonra Qənimət Zahid xəbərdarlıq edir: “İclasımız canlı yayıma gedir, ehtiyatlı olun”. Manaflı da cavabında “olsun da” deyə bildirir.
Onlayn konfransı kim yayıb?
Bu sualın cavabını yenə özləri verir. Q.Zahidin dediyi kimi, iclas açıq keçirilib və yayım üçün nəzərdə tutulub. Bu, Milli Şuranın “hakimiyyətin kibercinayəti” iddialarının özləri tərəfindən təkzib edilməsidir.
Video AXCP üzvü Fatimə Mövlamlı tərəfindən Qabil Məmmədova göndərilir. Q.Məmmədov videonu efirə verərkən, görüntülərin F.Mövlamlı tərəfindən onun Vatsap nömrəsinə göndərildiyi açıq şəkildə qeyd olunur. (Videoda qeyri-əxlaqi ifadələr işlədildiyi üçün yayımlamırıq).
Burada Q.Məmmədovla bağlı məqamlar da diqqət çəkir.
1. AXCP sədri Əli Kərimli və Milli Şura rəhbərliyi canlı yayımlarında hər cümləsini ağır söyüşlərlə quran Q.Məmmədovla heç bir əlaqələrinin olmadığını deyirlər. Halbuki, Milli Şuranın məşhur onlayn konfransını yaymaq üçün Q.Məmmədova Əli Kərimlinin sosial şəbəkə qrupunun fəal üzvlərindən olan Fatimə Mövlamlı göndərir. Bu, Q.Məmmədovun hakimiyyət nümayəndələrinə qarşı heç bir əxlaqa sığmayan söyüşlər söyməsinin Milli Şura rəhbərliyinin sifarişi ilə edildiyinin təsdiqidir.
2. Milli Şuranın məşhur onlayn konfransında Gültəkin Hacıbəyli Qabil Məmmədovu təhqir edir, onunla heç bir əlaqələrinin olmadığını deyir və onu “gədə” adlandırır. Amma həm də bu videonu yayması üçün Məmmədova göndərirlər. Ya Məmmədov onun haqqında deyilənlərdən xəbərsizdir və həmişə olduğu kimi, növbəti dəfə tapşırığı yerinə yetirir; Ya da Məmmədov bu videonu yaymaqla onu təhqir edənlərdən qisas alır;
Hər iki halda Əli Kərimli ilə Qabil Məmmədovun bağlantısı ortadadır.
Məşhur konfransın stenoqramı
Konfransda Gültəkin Hacıbəyli sözə başlayır və Qərbin siyasətindən bəhs edir.
“Qərbin 1 nömrəli prioriteti “üzdəniraqların” hüquqlarıdır. Ona görə də çox həssas yanaşırlar”, - G.Hacıbəyli deyir.
Ardınca Avropada yaşayan jurnalist İsmayıl Cəlilovu təhqir edir.
“İsmayıl Cəlilov nə dəhşətli şeydir. Onun Feysbuk səhifəsinə baxın, ingiliscə profili var, orada nə “şüvənlik” edir. Xalq Cəbhəsinin tərəfdarı Eldəniz Quliyev bizi belə elədi, xalq Cəbhəsinin tərəfdarı Qabil Məmmədov elə elədi, bizi Əli Kərimlinin, Xalq cCbhəsinin əlindən qoruyun. Cəbhənin əlacı olsa ölkədəki, üzr istəyirəm, bütün “geyləri” yandırar, öldürər. Xədicə sağ olsun, onun şərhinin altına yazdı ki, sən utanmırsan, Eldəniz Quliyevin cəbhəyə nə aidiyyəti var, ya Qabilin, o yaramaz gədənin adı nədir, onun nə aidiyyəti var. Heç üzvləri də deyil. Eldəniz Quliyev Milli Şuranın üzvüdür, Qabili də heç kim qəbul etmir. Xədicəyə nələr dedi. Deyir “mən və ərim neçə günlərdir bu statusa görə dəhşətli stress yaşayırıq, özümüzə gələ bilmirik”.
Bundan sonra Hacıbəyli və digərləri gülməyə başlayır.
Rafiq Manaflı replika ataraq deyir: “Üzr istəyirəm, bu “kişi .......”dən başqa nə gözləyirsiniz”. (Söyüşün yerinə nöqtələr qoyulub).
Onun bu replikası hər kəs tərəfindən gülüşlə dəstəklənir.
R.Manaflı davam edir: “Mən çox təəssüf edirəm ki, 41-45-də (II Dünya müharibəsi) Hitler geyləri qırıb qutarmadı”.
Qənimət Zahid: “İclasımız canlı yayıma gedir, ehtiyatlı olun”.
R.Manaflı: “Getsin də...”.
Hər şey ortadadır. Demokratiyadan, liberal dəyərlərdən danışan Milli Şura gerçəkdə cinsi azlıqları təhqir edir, həm də etiraf edirlər ki, onlar Qərb üçün prioritet olduğu üçün, həssas yanaşmaq lazımdır. Yəni məqsəd hansısa ideologiya üzərindən siyasət aparmaq yox, kimlərə, yaxud hansısa qruplara xoş gəlməkdir və hətta bunun üçün təhqir etdikləri cinsi azlıqlara dözməlidirlər. Hitlerin cinsi azlıqları məhv etməməsindən doğan təəssüf isə azlıqlara qarşı olan nifrətlə yanaşı, həm də nasist liderinə olan sevgidən irəli gəlir.
Bunun fonunda Milli Şura sədri Cəmil Həsənli və Gültəkin Hacıbəyli videonun yayılmasını “kibercinayət” adlandıraraq, beynəlxalq ictimaiyyəti buna reaksiya verməyə çağırır. Hərçənd, onlara ən yaxşı cavabı elə Xədicə İsmayıl verib.
“Hələ bu söhbətə beynəlxalq reaksiya da istəyirsiz? Hitlerin işini yarım qoyduğuna təəssüflənməniz üçün kimdən gözləyirsiniz beynəlxalq reaksiyanı? Şəxsən sizin edə biləcəyiniz ən ağıllı hərəkət əməlli üzrxahlıq etmək, Milli Şuranın edə biləcəyi isə Rafiq Manaflı və Eldəniz Quliyev, eləcə də onlara qahmar çıxan hər kəslə yolları ayırmaqdır”, - X.İsmayıl yazır.
Bu konfrans və orada səsləndirilən təhqirlər bir çox hallarda Milli Şuraya dəstək verənlərin onlardan imtina etməsi ilə nəticələndi. Xədicə İsmayıl, eləcə də Avropada yaşayanların İsmayıl Cəlilovu müdafiə etməsi, Milli Şura haqqında “bu adamlar xalqa demokratiya gətirmək istəyir”, “salam verilməyəcək bir qrup adam” və digər münasibətlər bildirməsi bunu göstərir.
Əslində Cəmil Həsənlinin qalmaqallı konfransa görə hakimiyyəti “kibercinayətdə” ittiham etməsi bu prosesin davamıdır. Çünki ondan məsələyə aydınlıq gətirilməsi tələb olunub, o da “çıxış yolu” olaraq hakimiyyəti ittiham etməyi seçib, halbuki, özləri danışıb, özləri yayıblar.
Bu fakt həm də Azərbaycan müxalifətinin adına iddia edən “bir qrup adamın” indiyə qədər hakimiyyət əleyhinə irəli sürdükləri iddiaların və bundan sonra deyəcəklərinin də həqiqətə uzaq olduğunu sübut etdi.
Burada Milli Şuranın tərəfdarı Sevinc Osmanqızının da münasibəti ayrıca diqqət çəkir. Qalmaqala münasibət bildirən Osmanqızı LGBT üzvlərinin təhqir olunması haqda belə deyib: “Hesab edirəm ki, “üzdəniraq” ifadəsi əslində çox yumşaq deyilib, Milli Şura rəhbərliyi geri çəkilməməlidir”.
“Bir qrup adamın” qeybəti, yaxud yeni siyasi qalmaqal
Konfransda Gültəkin Hacıbəyli deyir: “İlqar Məmmədov “Müsavat tv”də çıxış edib. 3 min adam baxıb, 75 laykı, 400-dən çox dislaykı var. Bütün şərhlərdə ən aşağılayıcı ifadələrlə təhqir ediblər. Cəmil müəllimlə birmənalı olaraq razıyam. Adam bitib, həm siyasətçi, həm bir insan kimi, həm də partiya olaraq bitib. Artıq lağlağı obyektinə çevrilib, cəmiyyət onu qəbul etməyəcək. Müsavat Partiyası ilə bağlı bir neçə kəlmə demək istəyirəm. Bəziləri tənqidçilik ruhunu itirməmək üçün vaxtaşırı olaraq bizim üzərində sınaqlar aparırlar. Bunlardan biri də Müsavat Partiyasıdır. Ölkədə yaşanan bu cür dəhşətlərdən heç nə yazmırlar. Amma kütləvi şəkildə Eldəniz bəy məsələsinə görə bizim üstümüzə hücuma keçiblər. Mustafa Hacılı bu gün bir sərsəm yazı yazıb. Bildirir ki, Əli Kərimlinin internet məsələsini ona görə diqqətə gətirirlər ki, Tofiq Yaqublunun həbsi arxa plana keçsin. Guya Müsavat Tofiq Yaqublunu bu qədər çox sevir. Bu riyakarlıqdan başqa bir şey deyil. Məqsəd sadəcə Əli bəyi gözdən salmaqdır. Bu gün onun yubileyidir. 55 yaşı tamam olur. Bu yaramazlar da onun üzləşdiyi təqiblərə heç bir dəstək vermirlər. İndi guya Tofiq bəyin hüquqlarının müdafiəçisi olublar. Çox biabırçı yanaşmadır. Hesab edirəm ki, REAL-ın aqibəti aşağı-yuxarı Müsavat Partiyasını da gözləyir”.
Cəmil Həsənli Hacıbəylinin sözlərinə belə reaksiya verib: “Burada belə bir fərq var. Yenə REAL nəyisə əldə edib o vəziyyətə düşüb. Bu bədbəxtlər heç nə etməyib o vəziyyətə düşüblər”.
G.Hacıbəyli isə Milli Şura sədrinə mühacir məsələsilə bağlı xatırlatma edib: “Bunlar da mühacir alverindən nəsə etmişdilər. Gəlin küçümsəməyək. Bunların da Avropada əldə etdikləri çox idi”.
Artıq Müsavat məsələyə sərt reaksiya verib və üzr istəmələrini tələb edib. Müsavat başqanının müavini Səxavət Soltanlı bildirib ki, birbaşa Cəmil Həsənli üzr istəməlidir.
REAL Partiyasının icra katibi Natiq Cəfərli isə sosial şəbəkədə Milli Şuraya belə cavab verib: “Bu qurumla bağlı şəxsən mənə 2013-cü ildən hər şey aydın olub. O zaman 7 dəfə danışıq apardıqdan sonra o mənasız, ipi yüz əldə olan quruma qoşulmaqdan imtina etdik. Hətta həbsdə olan sədrin təkidinə baxmayaraq, imtina etdik. Çünki dəyərləri, prinsipləri, aydın planı-proqramı olmayan, şəxs-şəxslər ərtafında büdpərəst təfəkkürlə qurulan təşkilata qoşulmaq axmaqlıq olardı. Sonradan da, indi də nə qədər haqlı olduğumuz öz təsdiqini tapdı. Gənc olmayan Hitlerçilərə geniş cavab vermək istəmirəm, amma Gültəkinin layklar, şərhlərdə olan söyüşlər və internet baxışları haqqındakı cümlələri bir daha təsdiq etdi ki, bunlar 100 nəfərin hərəsinə 15-20 saxta profil açmaqla layklar və disklayklar qoyurlar, şərhlərə söyüş yazdırırlar ki, sonradan bunu öz cılız və axmaq “arqumentlərinə” çevirsinlər. Bunu hamı bilirdi, amma indi daha aydın və aşkar göründü. Onların REAL və Müsavat haqqında dedikləri alçaq cümlələr olmasaydı, yəqin ki, belə geniş şərh yazmazdım. Bir çox dostlar MŞ-nın buraxılmasını tələb edir, olmayan qurum necə buraxılacaq ki?! MŞ yoxdur, AXCP var, o partiya özünə oyuncaq yan qurum kimi MŞ-nı saxlayırdı ki, məsələn, xaricilərlə görüşəndə iki təmsilçi ilə getsinlər və ya daxildə hər hansı bir siyasi birlik ideyası olsa, ora hər iki qurumdan təmsilçi salaraq səsvermədə üstünlük qazansınlar, vəssalam. Bu qədər primitiv və köhnədirlər. Bunların nə demokratiya dərdi var, nə də haqq-hüquq gündəliyi, çünki o dəyərlər haqqında təsəvvürləri belə yoxdur”.
Bu qarşılıqlı ittihamlar parçalanmış müxalifətin yeni qalmaqala “hamilə” olduğunu, eyni zamanda ətraflarındakı kiçik qrupun da enerjisini daxili intriqaya xərclədiklərini göstərir.
Asif
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO