Nida Təhlil
Yeni texnologiyaların tətbiqi əlavə ixrac imkanları formalaşdıracaq - DEPUTAT
Yeni texnologiyaların istənilən sahəyə tətbiqi həmin sahənin inkişafını, istismarını və idarə edilməsini optimallaşdırır, daha da səmərəli edir.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat “Signify” şirkətinin təşəbbüsü ilə İlham Əliyevlə bu şirkətin rəhbərləri arasında keçirilən videokonfransın əhəmiyyətini belə izah edib:
“Əgər biz yaxın keçmişə qədər elektron hökumətdən danışır, onu idarəetmədə yenilik hesab edirdiksə, artıq “smart” hökumətdən danışırıq. Yəni bütün sahələrdə innovativ texnologiyaların, nanotexnologiyaların tətbiq edildiyi “Ağıllı hökumət” layihələrindən söhbət gedir. Görünür postpandemiya erasının bir yeniliyi də, mövcud resursların daha səmərəli və qənaətlə istifadə edilməsi mərhələsinin başlanğıcı olacaq.
Mayın ayının 22-də keçirilən videokonfransda aydın oldu ki, təkcə şəhər işıqlandırılmasında yeni texnologiyaların tətbiqi bu sahədə enerji istehlakını yarıbayarı azalda bilər. Bundan başqa, yeni texnologiyaların tətbiqi kənd təsərrüfatı sektorunda suvarma suyu israfının qarşısını almaqla su resurslarından istifadədə əhəmiyyətli qənaət yarada bilər. Ona görə də videokonfransda Prezident İlham Əliyev xüsusi vurğuladı ki, yeni texnologiyaların tətbiqi çoxlu enerjiyə, yerin təkindən hasil edilən yanacağa qənaət etməyə imkan yaradacaq. Bu isə əlavə ixrac imkanları formalaşdıracaq. Təkcə Bakı şəhərində 33 min LED işıq quraşdırılacaq və onların sayəsində çox böyük həcmdə enerjiyə qənaət ediləcək. Qənaət göstəricisi minimum 50 faiz təşkil edəcək".
H.Babaoğlu bildirib ki, kənd təsərrüfatında, o cümlədən heyvandarlıq, quşçuluq və əkinçilik sahələrində məhsuldarlığın əhəmiyyətli dərəcədə artırılması, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, su istehlakının azaldılması, digər sahələrdə də yeni texnologiyaların tətbiqi mühüm üstünlüklər vəd edir:
"Bu, həmin sahələri daha da perspektivli etməklə onların inkişafına gətirib çıxarır. Hələlik Bakı şəhərində "Ağıllı şəhər" layihəsi çərçivəsində paytaxtımızın nisbətən az işıqlandırılan ərazilərində işlər aparılır və sentyabra qədər bu işlər tamamlanacaq. Göründüyü kimi bu işlər Bakının enerji təsərrüfatı və təminatını yaxşılaşdırmaqla yanaşı, həm də onun idarə edilməsini optimallaşdıracaq".
Məhərrəm Əliyev
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





