Nida Təhlil
“Prezident İlham Əliyev tarixçilərə dərs keçdi” - Əli Hüseynli
Prezident İlham Əliyev ötən gün qaçqınlarla görüşü zamanı Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) çətinliklə olsa da, gördüyü işləri xatırlatmaqla yanaşı həm də buraxılmış səhvləri, müstəqilliyin formal olması, İrəvanın Ermənistana verilməsi və digər tarixi məsələlərlə bağlı problemləri yada saldı.
Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı birinci vitse-spiker Əli Hüseynli deyib.
Komitə sədri əlavə edib ki, cənab Prezident müasir Azərbaycan tarixi ilə bağlı vacib məsələləri açıqlamaqla həm də tarixçilərə dərs keçib: “Ölkə başçısının fikirləri həm tövsiyə, həm də yanlışlıqlardan nəticə çıxararaq bir də belə səhvlərə yol verməmək xarakteri daşıyırdı”.
Vitse-spiker xatırladıb ki, ulu öndər Heydər Əliyev hələ 80-ci illərin sonunda sovetlərin güclü dövründə AXC-nin üçrəngli bayrağını Naxçıvanda dalğalandırdı: “Bu gün Azərbaycan tarixdə heç olmadığı qədər güclüdür. Real müstəqil dövlətin güclü siyasi liderinin qəbul etdiyi qərarlar nəticəsində Ramil Səfərov bu gün azadlıqdadır. Hətta ölkə başçısı Ramil Səfərovla bağlı təzyiqlərə məruz qaldı. Son dövrlər bir sıra mətbuat nümayəndələri də bu məsələni düzgün şərh etmədilər. Milli Şura üzvləri ilə yanaşı heç tarixçilər də bu məsələyə düzgün qiymət vermədilər. Dövlət başçısının verdiyi izahların təhrif edilməsinə ehtiyac yoxdur”.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






.jpg)











.jpg)















.jpg)
.jpg)