Nida Təhlil
Paşinyan ictimai rəydə anti-Rusiya ovqatına yönəlik notlar üzərində oynayır – Politoloq
Ermənistanda baş verən son hadisələr həqiqəti əks etdirir və buarada güc tətbiqi mövcuddur. Bu gün Nikol Paşinyan hökumətini devirmək üçün Rusiya hərəkətə keçib. Rusiyanın dəstəklədiyi siyasi və hərbi qüvvələr Ermənistanda hər vasitə ilə həm mediada, həm siyasi müstəvidə demək olar ki, Paşinyan hökumətini ciddi tənqid etməklə bərabər, həm də tezliklə bu hökumətin devriləcəyini iddia edən açıqlamalar verirlər.
Bunu Publika.az-a danışan politoloq Natiq Miri deyib.
O qeyd edib ki, "Çiçəklənən Ermənistan" partiyasının sədri, Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın burada tək deyil6
“Serj Sarkisyanın özü də bir alətdir. O, heç vaxt siyasi lider olmayıb və olmayacaq da. Sarkisyan sadəcə olaraq, Rusiyada müəyyən dairələrin qəbul etdiyi qərarların icraçısıdır. Ona görə də Sarkisyan səviyyəsində Paşinyan hökumətinin iki aya qədər devriləcək açıqlaması Rusiyanın barmağının əslində, Paşinyan hökumətinə silkələnməsidir. Dolayısı ilə həm Paşinyan hədələnir, həm də erməni ictimaiyyətinə mesaj verirlər ki, Paşinyan hökumətinin perspektivi yoxdur. Buna görə də, bu hökuməti dəstəkləməyə dəyməz. Bu baxımdan düşünürəm ki, Paşinyan hökumətinin bu cür siyasi qüvvələrə, eyni zamanda keçmiş Qarabağ klanının oliqarxik sisteminin tərkib hissəsi olan qüvvələrə qarşı müəyyən dirəniş göstərməsi və bu kontekstdə də həbslərin olması təbiidir”.
Politoloq əlavə edib ki, bütün bunların səbəbi inqilabi proses zamanı Paşinyanın xalqa verdiyi müəyyən vədlərdir: “Bu vədlərin əsasında duran əsas vəzifələrdən biri də bir çox oliqarx sistemin tərkib tərkib hissəsi olan şəxslərin həbs olunaraq maliyyələrinin əllərindən alınması vədi var. Əslində, bu gün Ermənistanda gedən müəyyən proseslərin mahiyyəti budur. Xalq hazırda Serj Sarkisyan hakimiyyətinə aid olan oliqarxik Qarabağ klanının cəzalandırılmasının tərəfdarı kimi çıxış edir. Rusiyanın təzyiqlərinə, bəzi erməni ictimaiyyətinin etirazlarına baxmayaraq, ölkə bu gün ayaqda qala bilirsə, bu xalqın sayəsindədir. Ermənistanda baş verən həbslər, xüsusilə də sabiq prezident Robert Köçəryandan başlayaraq millət vəkili Sarukyana qədər bir çox həbsləri məhz bu konteksdə dəyərləndirmək lazımdır. Nikol Paşinyan əslində, ictimai rəydə anti-Rusiya ovqatına yönəlik notlar üzərində daha çox oynayır. O görür ki, xalq Rusiyanın vassalı olan Ermənistan istəmir. İctima rəydə anti-Rusiya ovqatı getdikcə güclənməkdədir. Paşinyan açıq olmasa da, məhz gizli şəkildə bu ruhda oynamaqla Rusiyanın getdikcə Ermənistana təsirlərini azaltmaqdadır”.
Akqabay Mıradov
-
İdman01:41Mbappe yeni rekorda imza atdı
-
Qoroskop00:15Günün ULDUZ FALI - Xırda mübahisələr böyüyə bilər
-
Sosial16 İyun 23:36Tanınmış vəkilin qızı motosiklet qəzasında həlak oldu
-
Sağlamlıq16 İyun 22:48Mükəmməl səhər yeməyinin FORMULU AÇIQLANDI
-
Magazin116 İyun 21:36Əməkdar artist canlı yayımda ölüm xəbəri aldı
-
MDB16 İyun 20:48Müəllimi Putinə MƏSLƏHƏT VERDİ - “Özünə sübut etməyə çalış ki...”
-
Magazin116 İyun 20:36Mehriban Xanlarova makiyajsız görüntüsünü paylaşdı - FOTO
-
Nəqliyyat16 İyun 19:12Sərnişinlərə XOŞ XƏBƏR: Daha bir marşrutda bütün avtobuslar yenilənir





































