Nida Təhlil
Ermənistanda və Azərbaycanda neftin qiymətinə “bel bağlayanlar”...
“Azərbaycanda nə qədər pis olsa, onlar üçün o qədər yaxşıdır”. Prezident İlham Əliyevin Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında çıxışı zamanı səsləndirdiyi bu fikirlər “onlar kimdir” sualını yenidən aktuallaşdırdı.
Dövlət başçısı çıxışının davamında onların kim olduğunu da göstərdi: “Onlar sevinirlər ki, neftin qiyməti 14 dollara düşüb. Buna bir Ermənistan, bir də özünü müxalifət adlandıran bu antimilli şura sevinir”.
Mart ayından etibarən dünya bazarında neftin qiyməti sürətlə aşağı düşməyə başladı. Bunun bir səbəbi neft ixrac edən ölkələr arasında hasilatın miqdarı haqda anlaşılmazlıq, digər səbəbi isə koronavirus pandemiyasıdır. Aprel ayında isə neft 14 dollara qədər düşdü, hətta Nyu-York birjasında qısa müddətdə sıfırlanması də qeydə alındı. Sonra neftin qiymət tədricən yüksəlişə keçdi. İyunun 26-na olan məlumata görə, Azərbaycan neftinin bir barreli hazırda 42 dollardan bahadır.
Bəs, Ermənistanda və Azərbaycanda neft qiymətinin sürətli enişindən sevinərək, “qollarını çırmalayanlar” kimlər idi?
Azərbaycan torpaqlarını işğal edən Ermənistanın üzünə xoşbəxtəlik təbəssümü qonmuşdu. Erməni mediasını müşahidə edəndə bu təbəssüm aydın sezilirdi.
Erməni şərhçi Naira Ayrumyan iddia edirdi ki, “Azərbaycanda qaçılmaz iflas başlanır”.
Onun iddialarına görə, dünya bazarında neftin qiymətinin uçuruma yuvarlanması Azərbaycanı iflas həddinə gətirib çıxardı.
“Rusiya, Səudiyyə Ərəbistan, ABŞ neft qiymətinin yaratdığı şoka dözəcək, amma Azərbaycan istənilən vaxt tarazlığı itirə bilər. Əgər neft geosiyasi əhəmiyyətini itirəcəksə, onda Azərbaycan ayağı altındakı torpağı itirəcək. Bu, “Artsax”ın (Dağlıq Qarabağ) öz müqəddəratını təyin etmə şansını artırır”, - Ayrumyan sevinclə qeyd edirdi.
Ermənistanda Azərbaycan üzrə ekspert kimi çıxış edən Anjela Əlibəyova neft qiymətinin düşməsindən sevincini gizlətmir və iddia edir ki, 2020-ci ilin sonuna kimi Azərbaycanın dövlət büdcəsi boşalacaq. Erməni ekspert bu vəziyyətin Azərbaycanın Dağlıq Qarabağ məsələsində mövqeyini zəiflədəcəyini də proqnozlaşdırır.
“Armenpress” saytının manşeti: “Azərbaycanın neft büdcəsinin kapitulyasiyası”.
“Aysor” saytı: “Azərbaycanın firavanlıq gəmisi batmağa davam edir”.
Nə qədər acınacaqlı olsa da, Azərbaycanda da ermənilərin sevincini bölüşənlər tapıldı.
Milli Şuranın videotoplantısında Gültəkin Hacıbəyli oynaya-oynaya deyirdi:
“Ay millət, xəbəriniz var, sizi təbrik edirəm, neft 14 dollara düşüb”.
Digərləri gülüşərək, alqışlayırlar. Daha sonra Milli Şuranın sədri Cəmil Həsənli ekranda peyda olur.
Gültəkin Hacıbəyli ona xitabən, “Cəmil müəllim, gözünüz aydın, məni təbrik edə bilərsiniz, neft 14 dollara düşüb” deyə bildirir.
Cəmil Həsənli də “Hələ son hədd deyil, son həddə çatanda təbrik edəcəm” cavabını verir.
Onlar ermənilər, bunlar azərbaycanlılardır, amma arzuları da, sevincləri də ortaqdır.
Ermənistan neftin strateji əhəmiyyətini itirməsini arzulayır. Hesab edir ki, bununla Azərbaycan zəifləyəcək və işğal altındakı əraziləri azad etmək iqtidarında olmayacaq.
Milli adına iddia edən şura da neftin qiymətinin düşməsini, gəlirlərin azalmasını, ölkədə sosial-iqtisadi kataklizmin yaranmasını, bir sözlə vətəndaşın ac qalmasını arzulayır. Hesab edirlər ki, onların hakimiyyətə gəlməyinin yeganə yolu xalqın ac qalmasından keçir. Yəni Azərbaycanda nə qədər pis olsa, onlar üçün bir o qədər yaxşı olacaq.
Lakin Ermənistanda və Azərbaycanda neft qiymətinə “bel bağlayanlar”ın arzusu çin olmayacaq. Çünki Prezident İlham Əliyev bildirib: “Dünya iqtisadiyyatı böhran içindədir, Azərbaycan iqtisadiyyatına bu, mənfi təsir göstərir. Neftin qiyməti üç dəfə aşağı düşüb. Amma mən demişəm, bir daha da demək istəyirəm və bütün vətəndaşlar bunu bilsinlər, biz heç bir sosial layihəni dayandırmayacağıq, heç bir sosial proqramı ixtisar etməyəcəyik”.
- Azərbaycan gücünü itirməyəcək və Ermənistanın işğalına son qoyulacaq.
- Azərbaycanda vətəndaşın sosial rifahı daim prioritet olacaq, neft erası bitsə belə, bu ölkədə sosial-iqtisadi kataklizm baş verməyəcək. Və onlar hakimiyyətə gələ bilməyəcək, siyasi həyatları daim nələrəsə ümid edə-edə sona çatacaq.
Və nə tarix, nə də bu xalq onun faciəsi üzərində yüksəlmək istəyənləri heç vaxt bağışlamayacaq!
Asif Nərimanlı
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...