Nida Təhlil
Yeni siyasi konfiqurasiya: iqtidar-müxalifət təmasları və nəticələr
Koronavirus pandemiyasının yaratdığı çətinliyə baxmayaraq, Azərbaycanda partiyalar arasında siyasi dialoq davam edir. İyulun 7-də Milli Məclisdə təmsil olunan siyasi partiyaların sədrləri və nümayəndələri ilə videokonfrans formatında “Azərbaycanda yeni siyasi konfiqurasiya: Pandemiya dövrü və yeni çağırışlar” mövzusunda keçirilən görüş bu istiqamətdə atılmış növbəti addım oldu.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin iştirakı ilə keçirilən görüşdə iqtidar-müxalifət münasibətləri və mövcud vəziyyət ətrafında müzakirələr aparılıb.
Belə münasibətlərin inkişafı, dialoq mühitinin yaradılması Prezident İlham Əliyev təşəbbüsü ilə Azərbaycanda həyata keçirilən siyasi islahatların tərkib hissəsidir. PA rəsmisi Ədalət Vəliyevin görüşdə səslənirdiyi fikirlər bu kontekstdə diqqət çəkir.
“Prezidentin təşəbbüsü və iradəsi ilə Azərbaycanda artıq siyasi islahatların yeni mərhələsi başlanıb, siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır və bu, iqtidar-müxalifət münasibətlərinin müzakirələr vasitəsilə inkişaf etdirilməsinə söykənir”, - PA rəsmisi vurğulayıb.
PA rəsmisinin bu fikirləri iqtidarın siyasi dialoqun aparılması və partiyalararası münasibətlərin inkişafı üçün siyasi iradə nümayiş etdirdiyini təsdiqləyir. Cari ilin başlanğıcından bu istiqamətdə əməli addımların atılması da müşahidə olunur:
- Fevral ayında Prezident Administrasiyasında Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, REAL, Ana Vətən, Yaşıllar Hərəkatı, Vəhdət və Azərbaycan Xalq partiyalarının sədrləri ilə görüş keçirildi. Bu görüşlər siyasi dialoqun inkişafı ilə yanaşı, siyasi partiyaların qərargah, qeydiyyat və digər problemlərinin həlli ilə də yadda qaldı. Bu ilin başlanğıcından indiyə qədər 7 siyasi partiyanın (Azad Demokratlar Partiyası, Yeni Zaman Partiyası, Cümhuriyyət Xalq Partiyası, Müstəqil Xalq Partiyası, Milli Vəhdət Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və Ağ Partiya) qeydiyyata alınması da bəzi iddiaların əksinə olaraq, iqtidarın siyasi açılımının sözdə olmadığını təsdiqləyir.
İqtidar-müxalifət təmasları il ərzində müxtəlif formatlarda həyata keçirildi. Pandemiyanın yaratdığı çətinlik bu təmasların intensivliyinə təsir etsə də, ciddi nəticələrin əldə olunduğu ortadadır.
1. Artıq ölkənin əksər siyasi partiyaları ilə iqtidar arasında siyasi dialoq başlanıb;
2. Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq, iqtidar və müxalifət arasında dövlət və milli maraqlar naminə bu qədər genişmiqyaslı yaxınlaşma və əməkdaşlıq əldə olunub;
Koronavirus pandemiyasına qarşı mübarizədə əksər siyasi partiyanın Prezident İlham Əliyevin xalqın sağlamlığı və təhlükəsizliyinin qorunması istiqamətində həyata keçirdiyi siyasətini dəstəkləməsini qısa zamanda əldə olunan ən böyük nəticə hesab etmək olar.
Proseslərin inkişafı, son olaraq da iyulun 7-də videokonfrans formatında keçirilən görüş ölkədə siyasi dialoqun davam etdiriləcəyinə və siyasi qüvvələrin dövlət və milli maraqların müdafiəsində bir hədəfə doğru hərəkət edəcəyinə əminliyi artırır.
Asif Nərimanlı
-
Magazin219:48Məşhur azərbaycanlı müğənninin uşaqlıq görüntüsü yayıldı - VİDEO
-
Nida Xəbər 19:24445 min manatı mənimsəyən qadın Türkiyədən Azərbaycana gətirilir
-
Banklar 18:24Mərkəzi Bankla bağlı YENİ XƏBƏR - Dəyişiklik baş verdi
-
Region18:12Sahibə Qafarova və Alen Simonyan arasında qısa söhbət oldu
-
Cənubi Qafqaz16:42Ermənistanda kütləvi həbs: Rusiyaya bağlı siyasətçilər sıradan çıxarılır
-
Dünya15:50Yerin 15 kilometr dərinliyində aşkar edildi: İllərlə gizli qalıb
-
Yaxın Şərq15:43İran ABŞ-ın İsfahan planını ifşa etdi: Bütün gəmilərinizi batırarıq
-
Rəsmi xronika15:18İlham Əliyev sərəncam imzaladı






































