Nida Təhlil
Azərbaycan inkişaf etmiş ölkələrlə rəqabət apara biləcək səviyyədədir - Deputat
“BMT-nin davamlı inkişaf məqsədləri proqramı qlobal əhəmiyyətli proqramdır və Azərbaycanın bu indeks üzrə 166 ölkə arasında 54-cü pillədə qərarlaşması qürurvericidir”.
Bunu Publika.az-a açıqlamasında deputat Hikmət Babaoğlu deyib.
O qeyd edib ki, 2015-ci ildə BMT Baş Assambleyasında keçirilən liderlərin zirvə görüşündə müəyyən edilmiş məqsədlər 2030-cu ilə qədər ümumbəşəri məqsədlər və vəzifələr müəyyənləşdirir:
“Əgər qısaca qruplaşdırmağa çalışsaq, bu məqsədlər üç əsas istiqaməti müəyyən edir ki, bunlar yoxsulluğun bütün formalarının aradan qaldırılması, bərabərsizliyə qarşı tədbirlərin görülməsi və qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə səylərin birləşdirilməsidir. Artıq 5 ildir davam edən bu proqramda Azərbaycanın əldə etdiyi nailiyyətlər ayrıca bir təcrübə təşkil edir və nümunəvidir. Birinci istiqamət, yəni yoxsulluğun aradan qaldırılması daima ölkəmizdə həyata keçirilən sosial siyasətin prioritetlərindən birini təşkil edib və mühüm nəticələr əldə etmişik. Bu, vətəndaşlarımızın sosial rifahının təmin edilməsində real fərq yaradıb. Digər indekslər üzrə də Azərbaycan mühüm tədbirlər görməyi bacarıb və nəticədə regional liderə çevrilib. Bərabərsizliyin aradan qaldırılması indeksi üzrə ölkəmiz səhiyyə, rifah, yoxsulluq, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər, ədalət və güclü institutlar kimi ayrı-ayrı mühüm istiqamətlərdə irəliləyişlər əldə edə bilib.
Burada söhbət həm də sadalanan xidmətlərin əlçatanlığından, onun kütəviliyinin və bərabərliyinin təmin edilməsindən gedir. Biz buna bəzən inklüziv cəmiyyət də deyirik. Ancaq şübhəsiz ki, bu irəliləyiş öz-özünə baş verməyib. Çünki hamıya bəllidir ki, məlum indekslər üzrə irəliləyiş əldə etmək üçün mütləq müəyyən vaxta və görülməli olan vacib, məqsədyönlü tədbirlərə ehtiyac var. Azərbaycanın son 5 ildə əldə etdiyi nailiyyətlərin kökü əslində 17 il əvvəl həyata keçirilməyə başlanmış siyasətin nəticəsi kimi meydana çıxıb. Ona görə də müqayisəli təhlil zamanı aydın olur ki, Azərbaycan davamlı inkişaf indeksi üzrə təkcə regional lider deyil, eyni zamanda bir sıra digər inkişaf etmiş ölkələrlə rəqabət apara biləcək səviyyədədir. Şübhəsiz ki, əldə edilən göstəricilər son deyil, tam əksinə, bu göstəricilər növbəti mərhələdə daha yaxşı nəticələr əldə etmək üçün əsaslı bazadır”.
Akqabay Mıradov
-
Sosial19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar
-
Nida Xəbər 12:24Əli Əsədov qərar imzaladı










.jpg)

.png)





.jpg)





.jpg)

.jpg)










