Nida Təhlil
İqtisadi münasibətlərin güclənməsi xalqlarımızın firavanlığı üçündür - RƏY
“Bakının Qafqaz İslam Ordusu tərəfindən bolşevik işğalından azad olunmasının 102-ci ildönümü bizim üçün şanlı bir gündür. Bu, bir daha sübut edir ki, Nuru Paşanın rəhbərliyi ilə Qafqaz ordusu, eləcə də Azərbaycan korpusu 15 sentyabrda Bakı və ətraf rayonları erməni daşnakları və bolşeviklərdən azad edib. Bu da bizim müstəqilliyimizə yol açıb”.
Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Publika.az-a açıqlamasında deyib.
O bildirib ki, bir neçə aydan sonra artıq Gəncə, Naxçıvan əraziləri işğalçılardan təmizlənib, Azərbaycan öz müstəqilliyini elan edib, bunun 100 ildən artıq bir tarixi var: “Ancaq istər sovet, istər müstəqilik dövrü olsun, Azərbaycan və Türkiyə xalqları hər zaman bir-birinə dəstək olub. Hazırda bu dəstək çox yaxın, səmimi şəraitdə davam etdirilir. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan nəinki dövlət rəhbərləri kimi görüşür, hətta qardaş ölkənin rəhbəri kimi münasibət qururlar. Bu da təbiidir. Çünki mənfur qonşumuz olan ermənilər daim həm bizim, həm də Türkiyə torpaqlarına qarşı ərazi iddialarında olub. Bu siyasət hazırda da davam etdirilir. Azərbaycan torpaqlarının bir hissəsi işğal altındadır. Sərhədyanı torpaqlarımızda hər gün təxribatlar törədilir. Sözsüz ki, Azərbaycan Silahlı Qüvvələri onların cavabını verir. Düşmən ağır itkiyə məruz qalır. Ancaq erməni təxribatçıları bu mənfur niyyətlərindən əl çəkmir. Belə bir vaxtda da Türkiyə hər zaman Azərbaycana həmrəylik nümayiş etdirir. Son dövrlər istər Türkiyə prezidenti, istər siyasi dairələrinin rəhbərləri daimi olaraq bildirirlər ki, Azərbaycan qardaş ölkədir və biz “Bir millət, iki dövlətik””.
T.Rzayev deyib ki, nəinki dostluq əlaqələri davam etdirilir, son illər Azərbaycan və Türkiyə iqtisadi əməkdaşlıq sahəsində də ciddi uğurlar əldə edib: “Bizim bir çox neft və qaz kəmərləri, o cümlədən Trans-Anadolu boru kəməri (TANAP) nəinki Türkiyəyə fayda verəcək, bu eləcə də Avropanı birləşdirən bir xətdir. Bundan Avropa ölkələri də bəhrələnəcəklər. Eləcə də bizim ticarət, mədəniyyət sahəsində əməkdaşlığımız davam edir və yüksək səviyyədədir. Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmlənməsi nəinki iki xalq üçün faydalıdır, eləcə də Avropa ölkələri üçün əhəmiyyətə malikdir. Bu gün Azərbaycan dünyaya açılırsa və strateji layihələri, nefti, qazı Türkiyə ərazisindən Bolqarıstana, Yunanıstana, eləcə də Avropanın bir çox ölkələrinə yol açırsa bu, ölkəmizin iqtisadi baxımdan qüdrətlənməsidir, həm də Türkiyə üçün böyük faydadır. Çünki Türkiyə əvvəllər başqa ölkələrdən qaz hasilatını təmin edirdisə, hazırda Azərbaycandan əldə edir və nəticədə bir çox məsələlərdə birgə fəaliyyət qururuq. Xalqlarımızın dostluğu, qardaşlığı həm siyasi, həm də iqtisadi sahədə möhkəmlənir. Bu, bir vətəndaş olaraq hamımızı sevindirir. Düşmənlərimiz çoxdur və Türkiyəni beynəlxalq arenadan təcrid etmək fikrindədirlər. Çünki Türkiyə qüvvətlənən ölkədir. Eləcə də Azərbaycan müəyyən təsirlərə məruz qalan ölkədir. Buna görə də hər iki ölkənin müxtəlif sahələrdə birləşməsi çox vacibdir”.
Hər iki ölkənin qarşılıqlı ən böyük sərmayədar olmasına gəlincə, millət vəkili vurğulayıb ki, Azərbaycan ən böyük yatırımı Türkiyəyə edib və sözsüz ki, bu, belə olmalıdır: “Çünki çətin gündə Azərbaycana dəstək verən, bir mövqedən çıxış edən birinci Türkiyə dövlətidir. Bu yaxınlarda Milli Məclisin sədri Sahibə Qafarova Türkiyədə oldu. Çox yüksək səviyyədə qarşılandı. Rəcəb Tayyib Ərdoğan bir daha bildirdi ki, Azərbaycan bizim qardaşımızdır. Bütün görüşlərdə Türkiyə Azərbaycanın yanında olduğunu ifadə edirdi. Eyni zamanda Azərbaycan iqtisadi baxımdan harada xeyir görürsə, yatırımı da o ölkəyə etməlidir. Ölkə iqtisadiyyatının inkişafı üçün tədbirlər görülürsə, təhlükəsizliyi təmin olunursa, o ölkə ilə iqtisadi əməkdaşlıq möhkəmlənməlidir. Bu da ilk növbədə Türkiyədir. İqtisadi münasibətlərin güclənməsi xalqlarımızın firavanlığı üçündür”.
Nigar
-
Sosial04:14Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ: Yeni növ peyda oldu, qiyməti... - VİDEO
-
Hadisə01:41Şəkidə canavar kəndə hücum etdi - Xəsarət alanlar var
-
Yaxın Şərq01:11Bu ölkədə 30 ildən sonra ilk dəfə QAR YAĞDI - VİDEO
-
Sosial00:15Xocavənddə vəzifəli şəxs qəzada öldü
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ünsiyyətinizi diqqətlə qurun
-
Magazin220 Dekabr 23:24Yeni ev alıb ona ərə gedəcəyini ELAN ETDİ - FOTO
-
Magazin120 Dekabr 23:00Şəbnəm Tovuzlu elə rəqs etdi ki... - VİDEO
-
Sosial20 Dekabr 22:48Köhnə və yeni dövrün qarşılaşdığı yer: Bakının unikal qəsəbəsindən REPORTAJ












.jpg)













