Nida Təhlil
Prezident Ermənistanın siyasətinin işğalçı mahiyyətini dünya ictimaiyyətinə çatdırdı - DEPUTAT
BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxış edən Prezident İlham Əliyev diqqəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, o cümlədən beynəlxalq hüququn normalarını kobud şəkildə pozan Ermənistanın işğal olunmuş ərazilərimizdə apardığı qanunsuz məskunlaşdırma siyasətinə, həmçinin ölkəmizin əldə etdiyi nailiyyətlərə, BMT-nin bir təşkilat kimi fəaliyyətinə, pandemiya zamanı dünyada baş verən proseslərə yönəltdi.
BunuMilli Məclis Sədrinin birinci müavini Əli Hüseynli bildirib.
Əli Hüseynli qeyd edib ki, dövlətimizin başçısı çıxışında Ermənistanın siyasətinin işğalçı mahiyyətini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Prezident İlham Əliyev Ermənistan rəhbərliyinin avtoritar, mürtəce, insan hüquqlarına zidd siyasətinə baxmayaraq, beynəlxalq təsisatların, qeyri-hökumət təşkilatlarının buna göz yumduğunu söyləyib. Prezident, həmçinin iyul ayında Tovuz bölgəsində Ermənistan hərbi birləşmələri tərəfindən törədilən təxribat zamanı bu ölkəyə xaricdən külli miqdarda silah-sursat ötürülməsini bir daha açıqladı və bunun sülh danışıqlarına ciddi zərbə vurduğunu diqqətə çatdırdı.
“Prezident, eyni zamanda, Azərbaycanın həm siyasi, həm iqtisadi islahatlar çərçivəsində əldə etdiyi nailiyyətlərdən bəhs etdi, pandemiyadan sonrakı dövrdə bütövlükdə beynəlxalq münasibətlərdə yeni yanaşmaların və islahatların aparılmalı olduğunu vurğuladı. Azərbaycan Prezidentinin BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması ilə bağlı təklifi və yeni yanaşma xüsusi əhəmiyyət kəsb edir”, - deyə Milli Məclis Sədrinin birinci müavini bildirib.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






.jpg)






























.jpg)
.jpg)