Elçin Mirzəbəyli: İlham Əliyev Azərbaycanın suveren hüquqlarını bərpa edəcək
Bizi izləyin

Nida Təhlil

Elçin Mirzəbəyli: İlham Əliyev Azərbaycanın suveren hüquqlarını bərpa edəcək

"Prezident İlham Əliyev "Əl-Cəzirə" telekanalına müsahibəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə bağlı ilk dövrdən başlamış prosesə bütün detalları ilə aydınlıq gətirib. Əslində münaqişənin səbəbləri və Ermənistanın təxribatlarını ən konkret dəlillərlə ifadə edib".

Bunu Publika.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib. O, bildirib ki, İlham Əliyev "Əl-Cəzirə" kanalına verdiyi müsahibəsində Ermənistanın son hərbi təxribatlarının məqsədini açıq şəkildə ortaya qoyub:

“Daha öncə BMT Baş Assembleyasının yüksək kürsüsündən cənab prezident bütün dünyaya mövcud vəziyyətin real mənzərəsini açaraq Ermənistanın işğalçılıq siyasətini ifşa etmişdi. İndiki şəraitdə daxildəki prosesdən diqqəti yayındırmaq üçün Ermənistanın atdığı addımlar klassik-ənənəvi davranışlarından irəli gəlir. Onlar bütün dövrlərdə eyni addımları atıblar. Nikol Paşinyanın atdığı son addımlar, Dağlıq Qarabağa səfər edərək “Dağlıq Qarabağ Ermənistandır” deməsi, o cümlədən digər hərbi təxribatlar öz ölkəsində yaratdığı durumdan və real mənzərədən irəli gəlir. Ermənistanın xarici borcu fantastik həddə çatıb, dövlət büdcəsini üç dəfə üstələyib. Ermənistan artıq yeni borclar üçün heç bir beynəlxalq təşkilata müraciət edə bilmir.

Hər il Ermənistanın minlərlə vətəndaşı xarici ölklərə üz tutur. Eyni zamanda, pandemiyaya qarşı ən aciz və acınacaqlı durum Ermənistan cəmiyyətində hökm sürür. Ermənistan özünün siyasi rəqiblərinə qarşı bəlkə də bu günə qədər heç bir dövlətdə olmayan şərləmə kampaniyası aparır, onları həbsə atır. Bütövlükdə,onların və digər ayrı-ayrı şəxslərin nəzarətində olan biznes struklarını əla keçirməyə çalışır. Faktiki olaraq, bu gün Paşinyan Ermənistanda inqilabi diktatura rejimi formalaşdırıb. Bu aspektdən də təbii ki, Azərbaycana qarşı hərbi təxribatları gücləndirməklə getdikcə aşağı düşən nüfuzunu və ifşa olunduğunu pərdələməyə çalışır. Daxildəki siyasi proseslər gərginləşdikcə, Paşinyan bu gərginliyi dövlət sərhədlərindən kənarda, işğal altında olan Azərbaycan ərazilərinə köçürməyə çalışır və bizimlə qarşıdurmanın gücləndirilməsinə nail olmaq istəyir. Bu da Azərbaycan prezidentinin qətiyyətli mövqeyi nəticəsində tamamilə iflasa uğradı. Azərbaycan öz ərazilərində beynəlxalq hüququn prinsiplərinin bərqərar olması, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi istiqamətində addımlar atır. Bu da cənab prezidentin qeyd etdiyi kimi, Azərbaycanın haqq işidir. Azərbaycan ədalətin bərqərar olması üçün sona qədər mücadilə aparacaq”.

Elçin Mirzəbəyli yekunda qeyd edib ki, İlham Əliyev dövlətini sevən və onun maraqlarından çıxış edən liderdir, o, "Əl-Cəzirə" kanalına verdiyi müsahəbədə də bu maraqları dilə gətirib:

“Azərbaycan öz torpaqlarını işğaldan azad etmək uğrunda mübarizə aparır. Sözsüz ki, biz əraziləri geri qaytarmaq fikrində deyilik. Azərbaycana məxsus olan torpaqların qaytarılmasından heç bir halda söhbət gedə bilməz. Bu, absurd fikirdir. Prezident qeyd etdi ki, Azərbaycan xalqının, Azərbaycan Ordusunun gücü və potensialı, insanların bütövlüyü və birliyi, eləcə də dövlət başçısının bu iradəyə söykənən qətiyyəti ortadadır. Nəinki bir addım geri çəkilməyəcək, əksinə irəliyə doğru addımlayacaq və Azərbaycanın Dağlıq Qarabağ uğrunda suveren hüquqlarını bərpa edəcək”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm