Nida Təhlil
Hərbi və siyasi şərtləri indi Azərbaycan diktə edir - Deputat
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dünən ordumuzun yeni yaşayış məntəqələrini azad etməsi, düşmənin canlı qüvvə və texnikasının məhv edilməsi barədə məlumat verdi və xalqa müraciət etdi. Bildirdi ki, artıq nə atəşkəs xətti var, nə də status-kvo deyilən bir şey. Status-kvo dəyişdi. Hərbi və siyasi şərtləri indi Azərbaycan diktə edir. Prezident İlham Əliyev qəti və məntiqli diplomatik gedişlərlə regionun geo-siyasi mənzərəsini dəyişir.
Bunu Publika.az-a Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.
O bildirib ki, Ermənistanın hərbi təcavüzünə cavab verən ordumuzun uğurlu əməliyyatları erməni mifini darmadağın etdi və göstərdi ki, biz işğal altındakı torpaqlarımızı azad etmək gücünə malik dövlətik: "Heç kim bizimlə hədə-qorxu dili ilə danışa bilməz, iradəmiz əleyhinə heç nə edə bilməz. Amma biz sülh istəyirik. Bunun isə bir yolu var: Ermənistanın bütün işğalçı hərbi birləşmələri Azərbaycan ərazisindən çıxarılmalı və ərazi bütövlüyü təmin edilməlidir. Köçkünlərimiz öz evlərinə qayıtmalıdırlar. Dağlıq Qarabağın erməni əsilli Azərbaycan vətəndaşları da bizimlə bir yerdə yaşamaq istəyirlərsə, buna heç bir maneə yoxdur, amma beynəlxalq hüquq normaları və Azərbaycan Konstitusiyası əsasında.
Minsk Qrupu həmsədrlərinin humanitar atəşkəs razılığı təklifi və substantiv danışıqlara Ermənistanı məcbur edəcəyini bildirməsi tərəfimizdən müsbət qarşılandı. Prezident İlham Əliyev bildirdi ki, bu, Ermənistanın hərbi-siyasi xunta rejiminin son şansıdır. Onlara başqa imkanlar yaradılmayacaq. Hesab edirik ki, Azərbaycan Prezidentinin bu mövqeyi ermənilərin, onların havadarlarının və sahiblərinin bizə qarşı yalan və böhtan kampaniyasının növbəti ifşası oldu. Kimin haqlı olduğunu və sülh istədiyini, insan haqlarına hörmətlə yanaşdığını göstərdi”.
B.Əliyev vurğulayıb ki, Prezident İlham Əliyev həmişə olduğu kimi Ermənistanın hərbi təxribatlarına qarşı başlanılan son əks-hücum əməliyyatlarının gedişində yenilməz siyasi iradə, əzm, qətiyyət, prinsipiallıq nümayiş etdirdi, düşmən ölkənin havadarları olan dövlətlər və böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etdi:
“Bir daha sübut olundu ki, Azərbaycanın milli maraqları Prezident İlham Əliyev üçün ən ali dəyərdir. İndi bu təklifi verənlər də, Ermənistan da buyursunlar BMT TŞ-nin 4 qətnaməsini icra etməyə başlasınlar və Ermənistan ordusunun həm ölü, həm diri əsgərlərini, hərbi texnikasını Azərbaycandan çıxarsınlar. Bunu onlar etməsələr, onda Azərbaycan ordusu öz missiyasını sonacan həyata keçirəcək. Azərbaycan xalqının iradəsini, əzmini heç bir qüvvə sındıra bilməz! Qarabağ Azərbaycandır!”.
-
Magazin100:15"Dedi ki, Bilal Əliyev gözləsin, səhnə sevgilimindir"
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu dəyişimi qəbul edin
-
ABŞ16 Aprel 23:12Keçmiş vitse-qubernator xanımını güllələdi, özü intihar etdi
-
Hadisə16 Aprel 23:00Sabah bəzi ərazilər qazsız qalacaq
-
Elm və təhsil16 Aprel 22:2431 yaşlı Nigar Adilova prorektor TƏYİN EDİLDİ - FOTO
-
MDB16 Aprel 21:48Hava limanında DƏHŞƏTLİ ANLAR - İldırım təyyarədə altı dəlik açdı
-
Magazin116 Aprel 21:36Nigar Camalın sözləri ilə bağlı rəsmi açıqlama
-
ABŞ16 Aprel 21:24Tramp bu liderləri Ağ Evə dəvət etdi - 1983-cü ildən bəri...



































