Nida Təhlil
Bu məlumatlar uğurlu hərbi əməliyyatlarımıza zərbə vura bilər - Kərəm Məmmədov
“Sosial şəbəkələrin istifadəsində müəyyən məhdudiyyətlər tətbiq olundu. Bunu tam şəkildə dəstəkləyirəm. Ancaq insanlar müəyyən yollarla paylaşımlar edirlər, hadisələri qabaqlamağa çalışırlar və şəxsi fikirlərini yazaraq cəmiyyətdə çaşqınlıq yaradırlar. Bunun isə tamamilə əleyhinəyəm”.
Bu fikirləri Publika.az-a danışan Bakı Dövlət Universitetinin dosenti, geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru Kərəm Məmmədov deyib.
O qeyd edib ki, bununla yanaşı cəbhə bölgəsindən də müəyyən foto və video görüntülərin paylaşılması olduqca təhlükəlidir: “İnsanlar düşünməlidirlər ki, bu, əsgərlərimiz və orada gedən hərbi əməliyyatlar üçün böyük təhlükə mənbəyidir. O görüntülərə baxanda müəyyən məsələləri, foto və viedonun harada çəkildiyini müəyyənləşdirmək çox asandır. Düşmən tərəf yeri, ünvanı və digər koordinatları müəyyən edə bilər. İlk növbədə, hadisələri qabaqlamaq, son vəziyyətlə bağlı şəxsi fikirləri rəsmi məlumat olmadan paylaşmaq hərbi qulluqçularımızın həyatının təhlükəyə atılmasına səbəb ola bilər. O insanlar özləri də təhlükə altında qala bilərlər. Ən vacib məsələ isə bunun sirr olmasıdır”.
K.Məmmədovun sözlərinə görə, dövlətimizin apardığı hərbi əməliyyatları, strateiji bölgələrimizi, o cümlədən icrası tam şəkildə başa çatdırılmamış hərbi əməliyyatlar və onlar haqqında hansısa məlumatı əvvəlcədən yayımlamaq düzgün deyil: “Belə olduğu halda böyük bir əziyyət hesabına başa gələn bir əməliyyat təhlükə altında qalır. Vətəndaşlara müraciət edirəm ki, döyüş bölgəsindən foto, video paylaşmasınlar, hadisələri qabaqlamasınlar. Hətta deyərdim ki, hərbçilərə zəng də edilməsin. Çünki dalğa izlənilə və əməliyyat gedən ərazilərin koordinatlarını düşmən tərəfi asanlıqla təyin edə bilər. Bu məsələdə son dərəcədə ehtyatlı olmaq lazımdır. Əgər bu detallar təsbit olunarsa, həm hərbçilərimizin həyatı təhlükə altına düşür, həm də böyük çətinliklərlə başa gələn əməliyyat heç olar. Hətta atəş altında olan bölgələrlə əlaqə saxlayanda da ehtiyatlı olmaq lazımdır. Çünki həmin ərazilərdə danışıqlarımızı düşmən izləyə bilər. Vətəndaşlarımızı ehtiyatlı davranmağı və Müdafiə Nazirliyinin rəsmi məlumatlarından kənar heç bir informasiya yaymamağı tövsiyə edirəm”.
Akqabay Mıradov
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video






























.png)


.jpg)



